Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Alim Qasımov fenomeni: ənənədən fərdi sənət dilinə

Alim Qasımov fenomeni: ənənədən fərdi sənət dilinə

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan muğam sənətinin tarixində elə sənətkarlar var ki, onların yaradıcılığını yalnız “böyük ifaçılıq” anlayışı ilə izah etmək kifayət etmir. Onlar ənənəni davam etdirməklə yanaşı, həmin ənənənin daxilində yeni ifadə imkanları yaradır, öz fərdi sənət dillərini formalaşdırırlar. Alim Qasımov fenomeninə də məhz bu kontekstdən yanaşmaq lazımdır.

14 avqust 1957-ci ildə anadan olan Alim Qasımov XX əsrin sonlarından etibarən Azərbaycan muğam ifaçılığının ən parlaq simalarından birinə çevrilib. Onun sənət yolu ənənəvi muğam məktəbinin dərin qatları ilə bağlı olsa da, ifa üslubu heç vaxt mövcud stereotiplərin sadəcə təkrarı ilə məhdudlaşmayıb. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və Azərbaycan Dövlət İncəsənət İnstitutunda aldığı təhsil, muğam ustadları Hacıbaba Hüseynov və Ağahan Abdullayevdən mənimsədiyi sənət prinsipləri və öz yaradıcılıq axtarışları onun fərdi üslubunun formalaşmasında mühüm rol oynayıb.

Alim Qasımovun sənətini fərqləndirən əsas xüsusiyyətlərdən biri muğamı hazır və dəyişməz musiqi forması kimi deyil, hər ifada yenidən doğulan canlı yaradıcılıq prosesi kimi təqdim etməsidir. Onun ifasında muğamın məqam sistemi, melodik inkişaf prinsipləri və improvizasiya imkanları bir-birindən ayrılmır. Xanəndənin səsi burada yalnız melodiyanı səsləndirən vasitə deyil; fikrin, hissin, daxili dramatizmin və bəzən sözlə ifadəsi mümkün olmayan mənəvi vəziyyətin daşıyıcısına çevrilir.

Məhz buna görə Alim Qasımovun ifasını yalnız vokal texnikanın yüksək səviyyəsi ilə izah etmək doğru olmaz. Onun sənətində səs, nəfəs, məqam duyumu, söz, improvizasiya və emosional dramaturgiya vahid bir sistem təşkil edir. Bəzən bir muğam şöbəsindəki kiçik intonasiya dəyişməsi belə ifanın emosional istiqamətini dəyişə bilir. Bu isə xanəndədən yalnız güclü səs deyil, həm də yüksək musiqi təfəkkürü tələb edir.

Alim Qasımov ənənəyə bağlı sənətkar olduğu qədər, ənənənin sərhədlərini yaradıcılıqla genişləndirən sənətkardır. Onun ifaçılığında klassik muğam düşüncəsi ilə fərdi yaradıcılıq impulsu arasında daim gərgin və məhsuldar dialoq mövcuddur. Beynəlxalq musiqi mühitində də onun sənətinə marağın əsas səbəblərindən biri məhz budur: o, muğamı ekzotik bir folklor nümunəsi kimi deyil, canlı, müasir və universal bədii ifadə forması kimi yaşadır.

Alim Qasımovun sənətinin beynəlxalq miqyasda qəbulunda müxtəlif ölkələrdəki çıxışları, musiqiçilərlə yaradıcılıq əməkdaşlıqları və fərqli musiqi mühitlərində iştirakı mühüm rol oynayıb. Onun Yo-Yo Ma və Silkroad Ensemble ilə əməkdaşlığı bu baxımdan xüsusilə diqqətəlayiqdir.

Bu əməkdaşlığın ən mühüm nümunələrindən biri “Leyli və Məcnun” layihəsidir. Üzeyir Hacıbəylinin 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası əsasında hazırlanmış bu layihədə Alim Qasımov və Fərqanə Qasımovanın muğam ifası Silkroad Ensemble-in müxtəlif Şərq və Qərb musiqi ənənələrini bir araya gətirən musiqi mühiti ilə qovuşub. Layihənin musiqi materialı Alim Qasımovun təşəbbüsü və Silkroad Ensemble üzvləri Colin Jacobsen və Johnny Gandelsmanın aranjimanları əsasında yeni bədii formaya salınıb. Layihə 2008-2009-cu illərdə Yo-Yo Ma ilə birlikdə təqdim olunub.

Bu əməkdaşlığı yalnız beynəlxalq layihə kimi qiymətləndirmək isə, məncə, kifayət deyil. Burada Alim Qasımov sənətinin mühüm xüsusiyyətlərindən biri – ənənəyə bağlı qalaraq yeni yaradıcılıq mühitlərinə açıq olmaq – aydın şəkildə üzə çıxır. O, muğamı başqa musiqi sistemləri ilə qarşılaşdırarkən onu sadələşdirmir və ekzotikləşdirmir; əksinə, muğamın öz daxili bədii potensialını yeni kontekstdə üzə çıxarır.

Alim Qasımovun beynəlxalq tanınması yalnız səhnə əməkdaşlıqları ilə də məhdudlaşmır. 1988-ci ildə Səmərqənddə keçirilən Beynəlxalq Festivalda birinci mükafata layiq görülməsi onun beynəlxalq səviyyədə tanınmasının mühüm başlanğıc nöqtələrindən biri olub. 1999-cu il noyabrın 19-da isə Almaniyanın Aaxen şəhərində UNESCO-nun Beynəlxalq Musiqi Mükafatına layiq görülüb. Lakin Alim Qasımovun sənət irsini yalnız beynəlxalq mükafatlar və səhnə uğurları ilə ölçmək də doğru olmaz. Sənətkarın əsl böyüklüyü onun ənənəni özündən sonra gələn nəslə hansı şəkildə ötürməsində də görünür. Ustad-şagird münasibəti Azərbaycan muğam məktəbinin əsrlər boyu əsas ötürülmə mexanizmlərindən biri olub. Bu baxımdan Alim Qasımovun pedaqoji fəaliyyəti və yetişdirdiyi sənətçilər onun yaradıcılıq irsinin davamlılığını təmin edən mühüm amillərdəndir.

Mənim üçün isə Alim Qasımov haqqında danışmaq yalnız bir tədqiqatçı kimi onun sənətini qiymətləndirmək deyil. O, mənim də ustadım olub.

Bu səbəbdən onun sənətinə münasibətim sırf kənardan müşahidə edən tədqiqatçının münasibəti ilə məhdudlaşmır. Ustadın yanında sənəti öyrənmək, onun ifa prosesinə münasibətini görmək və muğamın yalnız notlardan, məqamlardan və nəzəri anlayışlardan ibarət olmadığını dərk etmək insanın sənət haqqında düşüncəsinə də təsir edir.

Ustadın öyrətdiyi ən mühüm həqiqətlərdən biri bəlkə də budur: ənənəyə sadiq qalmaq onu olduğu kimi təkrarlamaq demək deyil. Əsl sənətkar ənənəni dərindən mənimsədikdən sonra onun daxilində öz səsini tapa biləndir.

Alim Qasımovun səsində Azərbaycan muğamının əsrlərlə formalaşmış yaddaşı ilə fərdi yaradıcılıq təfəkkürü qovuşur. Buna görə də Alim Qasımov fenomeni yalnız bir xanəndənin yaradıcılıq portreti deyil; o, ənənə ilə novatorluğun, milli musiqi təfəkkürü ilə universal bədii dilin qarşılaşdığı çoxqatlı sənət hadisəsidir.

Bu gün onun doğum günüdür.

Mənim üçün isə bu gün həm böyük bir sənətkarın, həm də ustadımın doğum günüdür.

Əziz ustadım, doğum gününüz mübarək olsun!

Səsiniz, sənətiniz və yaratdığınız sənət məktəbi uzun illər Azərbaycan musiqisinin yaddaşında yaşasın.

Fəridə Mirişova

AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi Folkloru şöbəsinin əməkdaşı, “İz - Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri