“Türkiyə bu məsələdə Azərbaycanla birgə hərəkət etməlidir”
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Dekabr ayında Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmə gələcəyi gözlənilir. Hesab edirəm ki, bu mövzu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı ciddi müzakirə olunacaq”.
Bunu Gununsesi.info -ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib:
“Çünki Türkiyə-Ermənistan münasibətlərində atılacaq addımlar Azərbaycanın maraqları baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə, regionda davamlı sülhün təmin olunması üçün Türkiyə ilə Azərbaycanın mövqelərinin uzlaşması vacibdir. Türkiyə bu məsələdə Azərbaycanla məsləhətləşməli və ortaq mövqe ortaya qoymalıdır. Sərhədlərin açılması yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində qiymətləndirilməməlidir.
Bu qərarın Cənubi Qafqazda yaranmış yeni siyasi vəziyyətə təsirləri də nəzərə alınmalıdır. Azərbaycanın maraqlarına zidd addımların atılması regionda yeni suallar yarada bilər. Ona görə də Ankara ilə Bakı arasında bu istiqamətdə sıx fikir mübadiləsinin aparılması vacibdir. Düşünürəm ki, Ərdoğanın Bakıya səfəri bu məsələlərin müzakirəsi və ortaq yanaşmanın müəyyənləşdirilməsi baxımından mühüm imkan yaradacaq”.
Şəbnəm
Baxış sayı:104
Bu xəbər 06 Noyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















