Icma.az
close
up
RU
Aliment ödəməyən ataya qarşı hansı cəza tətbiq edilə bilər?

Aliment ödəməyən ataya qarşı hansı cəza tətbiq edilə bilər?

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Ailədaxili problemlər, son həddə baş verən boşanma hallarından sonra bir qayda olaraq tərəflər arasında yaranan əsas insdentlərdən biri alimentin ödənilməsi ilə bağlı olur. Bir çox hallarda alimentin ödənilməməsi məsələni məhkəmə predmeti səviyyəsinə belə çatdırır. Bəs, görəsən alimenti ödəməyən tərəfə qarşı cinayət işi açıla bilərmi və hüquqi baxımdan bunun cəzası nədir?
Bu barədə Newscenter.az-a danışan hüquqşünas Əli İbrahimov deyib ki, əgər ata məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti ödəməkdən imtina edərsə və ya daim ödəməkdən yayındıqda, o, Azərbaycan qanunvericiliyinə əsasən inzibati və hətta cinayət məsuliyyətinə cəlb oluna bilər:
"Aliment borcunu ödəməkdən yayınma halı müvafiq icra orqanları tərəfindən nəzarətə götürülür və icra məmurları bu borcun məcburi qaydada tutulması üçün tədbirlər görə bilərlər. Əgər ata qəsdən aliment ödəməkdən imtina edərsə, məhkəmə onun əmlakına həbs qoya, bank hesablarına sərəncam verə və əməkhaqqından məcburi tutulmalar həyata keçirə bilər. Bundan əlavə, aliment borcu uzun müddət ödənilmədikdə, ataya qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə və ya inzibati həbs kimi tədbirlər tətbiq oluna bilər".
Hüquqşünasın sözlərinə görə, əgər aliment ödəməkdən qəsdən yayınma halları davam edərsə və borcun məbləği əhəmiyyətli dərəcədə artarsa, bu, artıq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi çərçivəsində nəzərdən keçirilə bilər:
"Qanunvericiliyə əsasən, məhkəmə qərarlarını icra etməmək və xüsusilə aliment borcunu qəsdən ödəməmək cinayət tərkibli əməl kimi qiymətləndirilə bilər. Bu halda, ataya qarşı azadlığın məhdudlaşdırılması, ictimai işlərə cəlb edilməsi və ya hətta azadlıqdan məhrumetmə kimi cəzalar nəzərdə tutula bilər. Qanuna əsasən, aliment borcunu ödəməyən şəxs bir neçə ay ərzində məcburi işlərə cəlb edilə və ya həbs edilə bilər".
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Mart 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri