Alimentə görə məzar daşlarını DAĞITDI FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qusarda qəbiristanlıqda məzar daşlarını dağıdan şəxsin cinayət işinin təfərrüatı məlum olub. Həmin şəxsin qəbir daşlarını qisas məqsədi ilə dağıtdığı məlum olub.
Milli.Az xəbər verir ki, hadisə Qılahoba kəndində qeydə alınıb. Qəbirləri dağıdan şəxsin 44 yaşlı Pərviz Eldarov olması müəyyən edilib.
Pərviz Eldarov ifadəsində qəbir daşlarını dağıtmasından danışarkən məlum olub ki, o, qayınatasının qəbir daşını dağıtmaq istəyərkən digər iki qəbir daşını səhvən dağıdıb.
"Yoldaşımla ayrılmışdıq. Münasibətlərimiz yaxşı deyildi. Məndən aliment tələb etdiyinə görə əsəbiləşdim. Axşam içki içəndən sonra qəbiristanlığa getdim. Qayınatamın qəbir daşını dağıdacaqdım. Birinci qəbir daşını səhvən dağıtdım. Dedim bəlkə qayınatamın qəbir daşıdır. Sonra yenidən qayınatamın məzarını axtarmaq istədim. İkinci qəbir daşını da səhvən dağıtdım. Sonra qayınatamın qəbir daşını tapıb dağıtdım. İçkili olduğum üçün özümdə olmamışam",- deyə Pərviz Eldarov ilkin ifadəsində deyib.
Pərviz Eldarov məhkəmədə tam fərqli ifadə verərək özünü təqsirli bilməyib. Deyib ki, həmin gün içki içəndən sonra evdə yatıb. O, qəbiristanlığa getdiyini xatırlamadığını, həbs edilməkdən qorxduğu üçün istintaqda belə ifadə verdiyini söyləyib.
Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslər Pərviz Eldarovu bağışlayıb.
Məhkəmə Pərviz Eldarov barəsində ağır cəza təyin edib. Ev dustaqlığında olan Pərviz Eldarov 1 il azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb. /Musavat.com
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Aprel 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















