Icma.az
close
up
RU
Alimlər 1000 ərzaq arasında seçdi: Orqanizmimiz ən çox buna ehtiyac duyur

Alimlər 1000 ərzaq arasında seçdi: Orqanizmimiz ən çox buna ehtiyac duyur

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

İnsan yaşlaşdıqda, sağlamlığını saxlamaq üçün az qida qəbul etməli, lakin qəbul etdiyi qidada coxlu qidalı maddələr olmalıdır.

Sağlamlığı qorumaq üçün düzgün qidalanmaya əməl etmək lazımdır. Düzgün qidalanmaq istəyənlər üçün "The Daily Mirror" qəzeti 10 ən faydalı ərzaqın siyahısını dərc edib.

1. Qəhvəyi düyü

Çoxları karbohidratları az yeməyə çalışırlar, çünki ümumi fikirə görə insan onlardan kökəlir. Lakin onlar ümumi energetik səviyyəni saxlamaq üçün çox vacibdirlər. Qabıqlı yarmalardan hazırlanmış ərzaqları yaddan çıxarmayın: bura tərkibində coxlu liflər olan qəhvəyi düyü, çörək, sıyıqlar aiddir. Bu xəlesterinin səviyyəsini aşağı salmağa kömək edər, ürək-damar xəstəlikləri, düz bağırsağın xərçəngi, öd kisəsində daş əmələ gəlmə, diabet və piylənmə riskini azaldır, həmçinin yaşlaşdıqca aktivliyi azalan bağırsaqların sağlamlığı üçün həyati vacibdir.

2. Toyuq yumurtası

Toyuq yumurtası haqqında çox vaxt pis fikir söyləyirlər, lakin onlar gözləri kataraktadan qoruyan zülal lüteyinin mənbəyidirlər. Tədqiqatlar güman etməyə əsas verir ki, onlar tromb əmələ gəlməsinin qarşısını alaraq, infarkt və insult riskini azaldırlar. Bu yaxınlarda aparılmış tədqiqatların məlumatlarına görə, həftə ərzində 6 ədəd yumurta yemək süd vəzisi xərçəngi riskini 44% azaldır. Artıq dietoloqlar belə deyirlər ki, gündə 1-2 ədəd yumurta qanda xolesterini artırmır, belə ki, orqanizm xolesterini yumurtanın da aid olduğu xolesterinlə zəngin ərzaqlardan almır, özü doymuş yağlardan yaradır.

3. Süd

Yaşlaşdıqca bizim kalsiyə təlabatımız artır, ona görə də gündəlik rasionumuza kalsi ilə zəngin ərzaqların daxil edilməsi vacibdir. Yağsız inək südü sağlamlıq üçün çox faydalıdır. O, osteoparozun profilaktikası və sümüklər üçün lazım olan kalsi ilə zəngindir. Hər gün 2 stəkan yağsız süd vəya qatıq için və kalsi ilə zəngin meyvələri rasionunuza daxil edin.

4. İspanaq

Bu ərzaqda qidalı maddələr istənilən digər ərzaqlara nisbətən coxdur. O dəmir, vitamin A, C, K mənbəyidir, həmçinin infarkt və insultdan qorunmağa kömək edən antioksidantlarla zəngindir. Ispanaq düz bağırsağın xərçəngindən, osteoparozdan və artritdən müdafiə edir. Yumurtadakı kimi o, gözlər üçün faydalı olan lütein ilə zəngindir, belə ki, səhər yeməyinə ispanaq ilə yumurta yeyin.

5. Banan

Təkcə bir ədəd sarı meyvənin tərkibində 467 mq kali vardır ki, bu da əzələlərin (xüsusi ilə də ürək əzələsinin) güclü və sağlam qalması üçün lazımdır. O, həmçinin arterial təzyiqin aşağı düşməsinə kömək edir. Bananlar həmçinin ürək-damar xəstəliklərinin qarşısını alan liflərlə zəngindir, turşuluğu neytrallaşdırır ki, bu da mədə qıcqırmasının müalicəsində faydalıdır. Kalinin mənbəyi həm də mərci, sardina və qaysıdır.

6. Toyuq əti

Bu, ən faydalı ətdir. Yağı az olan döş ətindən istifadə edin və dərisini soyun. Bundan başqa toyuq əti zulallarla zəngindir və sümüklərin kütləsinin azalmasının qarşısını alır. O, həmçinin xərçəngin qarşısını alan selenin və enerjini yüksəldən, beyinin işini gücləndirən B vitaminləri mənbəyidir.

7. Qızıl balıq əti

O, xolesterinin səviyyəsini aşağı salan, xərçəngin bir neçə növündən qoruyan və tromb əmələ gəlməsinin qarşısını alan omega-3 yağlar qrupu ilə zəngindir. Tədqiqatlar göstərir ki, qızıl balıq əti depressiv halı yüngülləşdirir və yaddaşın itməsinin qarşısını alır. Onun tərkibində nikotin turşusu da vardır ki, bəzi məlumatlara görə, Alsqeymer xəstəliyindən müdafiə edir. Həftədə 3 dəfə konservləşdirilmiş və ya təzə qızıl balıq əti yeyin. Omega-3 yağlar qrupu həmçinin qozun da tərkibində vardır.

8. Qaragilə

Bu kiçik möcüzəli meyvədə kalori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilədə antioksidantlar vardır ki, kataraktanın, qlaukomanın, venaların genişlənməsinin, babasilin, mədə yarasının, ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını almağa kömək edir. Qaragilə insultdan sonra beyin fəaliyyətinin pozğunluğunun azalmasına kömək edir və qida traktının iltihabını azaldır, mədə pozğunluğunu yaxşılaşdırır.

9. Otlar

Yaşlaşdıqca bizim dad bilməmiz kütləşir və yeməyi dada gətirmək üçün ən asan yol ona duz əlavə etməkdir. Lakin duz arterial təzyiqi artıtır, ən yaxşısı yeməyə otların və ədviyyatın əlavə edilməsidir. Təzə otların dadı daha güclüdür, lakin rahatlıq üçün mətbəxdə quru ot assortimentinin olması əlverişlidir.

10. Sarımsaq

Kiçik bir baş sarımsağın çox böyük üstünlükləri vardır. Sarımsaq xərçəngin və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir, insult riskini azaldır. O, həmçinin iltihab əleyhinə təsirə malik oub, artiritlərdə ağrı və şişin azalmasına kömək edir. Sarımsaq diabetlər üçün də faydalıdır. Əgər siz onun iyinə dözə bilmirsinizsə, onda sarımsaq kapsullarından istifadə edin. (publika.az)

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri