Icma.az
close
up
RU
Alimlər açıqladı: Ən çox nə qədər yaşaya bilərik?

Alimlər açıqladı: Ən çox nə qədər yaşaya bilərik?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanların daha uzun və sağlam həyat yaşaya bilməsi mövzusu daim tədqiqatçıların diqqət mərkəzində olub. Elm adamları bunun üçün uzun illərdir araşdırmalar aparıb.

Bəs insanların yaşaya biləcəyi maksimum yaş neçədir? 

Qaynarinfo xəbər verir ki, aparılan tədqiqatlar zamanı Birləşmiş Krallıqda 2020-2022-ci ildə gözlənilən ömür kişilərdə 78,6 il, qadınlarda isə 82,6 il olaraq qeydə alınıb. ABŞ-da bu rəqəm kişilər üçün 74,8 il, qadınlar üçün isə 80,2 ildir.

Rəsmi qeydlərdə ən uzun ömür yaşamış şəxs, 1997-ci ildə 122 yaşında vəfat edən Fransız Jeanne Calment olub.


Mütəxəssislər bu rekordu 2100-cü ilə qədər qırmağın mümkün olduğunu proqnozlaşdırırlar, lakin bunun istisna hal olduğunu vurğulayırlar.

Mütəxəssislər tövsiyyə edir ki, sağlam və uzun bir ömür yaşamaq üçün balanslı qidalanma, siqaretdən uzaq durma və müntəzəm fiziki fəaliyyət ilə məşğul olmaq lazımdır. Bu həyat tərzi dəyişiklikləri insanların həyat keyfiyyətinə və müddətinə müsbət təsir göstərə bilər.


Elm adamları qocalma prosesini ləngitmək üçün müxtəlif dərmanlar üzərində araşdırmalar aparırlar. Lakin bu tədqiqatlar hələ də eksperimental mərhələdədir və nəticələr üçün əlavə işlərə ehtiyac vardır.

Gero və Roswell Park Kompleks Xərçəng Mərkəzinin apardığı son araşdırma bu mövzuda maraqlı nəticələr ortaya çıxarıb. Tədqiqatçılar süni intellekt texnologiyasından istifadə edərək yüz minlərlə könüllünün sağlamlıq məlumatlarını təhlil edib.


Nəticələr göstərdi ki, insan bədəninin özünü yeniləmə qabiliyyəti 120 ilə 150 yaş arasında sona çatır.

Son araşdırmalara görə, insan ömrünün bioloji həddi barədə dəqiq bir cavab vermək mümkün deyil. Lakin aparılan genetik və bioloji analizlər, insanların nəzəri olaraq 120-130 yaşına qədər yaşaya biləcəyini irəli sürür. Bu yaş aralığı bədənin hüceyrə yenilənmə qabiliyyətinə və genetik amillərə görə dəyişə bilər.

Elm dünyası, qocalmaya qarşı müalicələr və genetik mühəndislik sahəsindəki inkişaflarla bu hədləri daha da genişləndirməyi hədəfləyir. Gələcəkdə insan ömrünün nə qədər uzana biləcəyi isə hələ də maraq mövzusudur.

Günay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri