Alimlər aclığa nəzarət edən yeni mexanizm aşkar ediblər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Alimlər beyində aclığı idarə edən yeni bir mexanizm aşkar ediblər. Araşdırmaya görə, MRAP2 adlı kiçik bir zülal aclıq hissini tənzimləyən əsas reseptorun - MC4R-in hüceyrə səthinə çatmasına kömək edir. Bu proses nəticəsində bədən daha güclü “mən doydum” siqnalları göndərə bilir.
AZƏRTAC “SciTechDaily” saytına istinadla xəbər verir ki, MC4R reseptoru iştahanı idarə edən mühüm molekuldur və onun genindəki dəyişikliklər piylənmənin əsas səbəblərindən biri hesab olunur. Bu reseptoru aktivləşdirən “Setmelanotide” adlı dərman artıq aclıq hissini azaltmaq üçün istifadə olunur. Tədqiqatçılar flüoresan mikroskopiya və təkhüceyrəli görüntüləmə texnologiyalarından istifadə edərək MRAP2 zülalının MC4R-nin düzgün yerləşməsində vacib rol oynadığını müəyyən ediblər. Bu kəşf aclığın və doymanın beyində necə tənzimləndiyini daha dərindən anlamağa imkan verir. Alimlərin fikrincə, MRAP2-nin fəaliyyətini təqlid edən və ya tənzimləyən yeni müalicə üsulları gələcəkdə piylənmə və metabolik xəstəliklərlə mübarizədə mühüm rol oynaya bilər.
Tədqiqat Almaniya, Kanada və Böyük Britaniyadan olan alimlərin birgə əməkdaşlığı ilə həyata keçirilib və “Nature Communications” jurnalında dərc olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 30 Oktyabr 2025 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















