Icma.az
close
up
RU
Alimlər bəşər tarixində ən ölümcül günü müəyyən ediblər AZƏRTAC

Alimlər bəşər tarixində ən ölümcül günü müəyyən ediblər AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 26 noyabr, AZƏRTAC

Alimlər dünya tarixində görünməmiş kütləvi ölüm gününün 1556-cı il yanvarın 23-ü olduğunu müəyyən ediblər. AZƏRTAC “IFL Science” nəşrinə istinadla xəbər verir ki, tarixi sənədlərə görə, həmin gün rekord sayda insan ölüb.

Alimlər bildiriblər ki, həmin gün baş verən təbii fəlakətin episentri Çinin şimal-qərbində yerləşən Şensi əyalətində olub. Əhalinin kütləvi ölümünə səbəb Veynan və Huaşan geoloji laylarında qırılma hərəkəti nəticəsində yaranan güclü zəlzələ olub və müasir elmi hesablamalara görə, yeraltı təkanlar 830 minə yaxın insanın həyatına son qoyub.

Mütəxəssislərin hesablamalarına görə, ölənlərin təxminən üçdəbiri binaların uçması, mağara yaşayış yerlərinin dağılması və sürüşmənin qurbanı olub. Qalanları kataklizmin nəticələrindən - xəstəlikdən və aclıqdan ölüblər. Alimlər dağıdıcı zəlzələnin maqnitudasını 8-8,3 bal qiymətləndirirlər. Zəlzələnin episentri Huaxian şəhəri yaxınlığında olub.

Maraqlıdır ki, o dövrdə dünya əhalisinin sayı 500 milyon nəfərdən az idi. Ekspertlər vurğulayırlar ki, Şensi faciəsi təkcə ölüm sayına görə mütləq rekord deyil, həm də bəşər tarixində bir gündə qeydə alınan ən böyük nisbi əhali itkisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri