Icma.az
close
up
RU
Alimlər çəki artımının yeni mümkün səbəbini açıqladılar

Alimlər çəki artımının yeni mümkün səbəbini açıqladılar

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pensilvaniya Universitetinin alimləri çəki artımının yeni mümkün səbəbini tapıblar. Onlar sirkadiyan ritmlər və onların metabolizmə təsiri sahəsində mühüm kəşfə imza atıblar.

Oxu.Az-ın verdiyi məlumata görə, elm adamları bununla bağlı tədqiqatın nəticələrini nüfuzlu "Science" jurnalında dərc ediblər.

Məlumata görə, təcrübələr siçanlar üzərində aparılıb. Tədqiqat göstərib ki, beyin və qaraciyərin sirkadiyan ritmlərinin uyğunsuzluğu siçanlarda qida davranışının pozulmasına və çəki artımına səbəb olur.

"Sirkadiyan ritmləri - orqanizmin bioritmlərini idarə edir. Lakin tədqiqat zamanı məlum olub ki, qaraciyər hüceyrələri də daxil olmaqla, bədəndəki demək olar ki, hər bir hüceyrənin öz "daxili saatı" var. Onların işində pozuntular metabolizmin ciddi pozulmalarına səbəb ola bilər", - deyə alimlər bildiriblər.

Siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, qaraciyərin sirkadiyan ritmləri pozulmuş heyvanlarda qidalanma vərdişlərində kənaraçıxmalar müşahidə olunub. Onlar istirahət fazası ərzində və 24 saatlıq dövr ərzində daha çox kalori qəbul ediblər. Maraqlıdır ki, siçanlarda beyini qaraciyərlə birləşdirən qaraciyər səyirici afferent siniri (HVAN) kəsildikdə, həddindən artıq yemək dayanıb.

Alimlər vurğulayırlar ki, işıqlanma və qidalanmaya əsaslanan daxili saatların sinxronizasiyası metabolizmin normallaşması üçün əsas əhəmiyyət kəsb edir. Məsələn, saat qurşaqlarının dəyişməsi və ya gecə işləməsi nəticəsində yaranan sirkadiyan ritmlərinin pozulması ürək-damar xəstəlikləri və ikinci tip diabet riskinin artmasına səbəb ola bilər. Üstəlik, bu təhlükəli nəticələr təkcə siçanlarda deyil, insanlarda da özünü göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:292
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Noyabr 2024 03:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri