Icma.az
close
up
RU
Alimlər daha bir yeniliyə imza atıblar

Alimlər daha bir yeniliyə imza atıblar

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Sidney Universitetinin elmi əməkdaşlarından ibarət tədqiqat qrupu kiçik dinozavr modeli yaradıb. Peşəkar səviyyədə bir iş ortaya qoyan avstraliyalı tədqiqatçılar bu zaman plastikdən deyil, əldə olunan gerçək tapıntılardan istifadə ediblər. Alimlər "DNT origami" üsulundan istifadə etməklə yanaşı, DNT zəncirlərini cəmi 150 nanometr uzunluğunda, üstəlik, saçdan 500 dəfə nazik olan dinozavr formasına qata biliblər.
Reyting.az
-ın məlumatına görə, müasir elmdə "DNT origami" üsulu yeni bir termin deyil, bu vasitə DNT-nin uzun zəncirlərini öncədən hazırlanan üçölçülü formalara çevirmək üçün istifadə edilir.
Alimlər əsas zənciri istiqamətləndirən və istənilən bir həndəsəni formalaşdırmağa malik olan qısa "yapışqan" fraqmentlərini seçiblər. Daha sonra isə bu yolla molekulyar heykəlləri atom dəqiqliyi ilə "tam olduğu kimi çap etməyi" bacarıblar.
Əslində qeyri-adi layihənin arxasında çox ciddi texnoloji uğur var. Elm adamlarının fikrincə, belə bir yeni nanostrukturlar, ağıllı materiallar, eləcə də dərmanların hüceyrələrə çatdırılması və hətta nanomaşınların qurulması üçün əsas ola bilər. Dinozavr fiquru isə molekulyar səviyyədə formanın nə qədər dəqiq idarə oluna biləcəyinin nümayişidir.
Müəlliflər bildirirlər ki, bu, sadəcə, simvolik bir seçim deyil. Bu, dinozavrın mürəkkəb, tanınan formasıdır, eyni zamanda, "DNT origami" imkanlarını nümayiş etdirmək üçün ideal reallıqdır.
Tədqiqatçılar vurğulayıblar ki, əgər dinozavrı yaratmaq mümkündürsə, ümumi molekulyar qablardan tutmuş hər kiçik və böyük nəsnəni, bədən daxilində tapşırıqları yerinə yetirə bilən yeni miniatür robotlara qədər demək olar ki, hər bir canlını yaratmaq, o cümlədən onu əhilləşdirməklə, idarə etmək mümkündür.
Alimlər gələcəkdə insan əli ilə idarə edilə biləcək, lakin bir çox funksiyaları təbii və eyni zamanda, özünün qədim DNT-si olan dinozavrların yaranmasını da istisna etməyiblər.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see264

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see251

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see248

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see247

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see246

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see245

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see243

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see242

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see229

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see221

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see221

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see219

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see219

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see216

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see214

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see210

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see203

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see203

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see197

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri