Icma.az
close
up
RU
Alimlər dünyanın ən yaşlı heyvanını tapdı və həmin gün təsadüfən onu öldürdülər

Alimlər dünyanın ən yaşlı heyvanını tapdı və həmin gün təsadüfən onu öldürdülər

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yer üzündə hələ də dinozavrlar dövrünü görmüş növlərə rast gəlinir. Lakin konkret bir fərdin ömür uzunluğundan danışarkən, bu müddət artıq milyon illərlə deyil, xeyli daha qısa zaman çərçivəsi ilə ölçülür. 

Qaynarinfo "IFL-Science” jurnalına istinadən xəbər verir ki, alimlər tərəfindən yaşı dəqiq təsdiqlənmiş ən yaşlı heyvan 500 ildən bir az artıq yaşayıb.

2006-cı ildə tədqiqatçılar İslandiya sahilləri yaxınlığında okeanın dibindən "Arctica islandica” növünə aid iri ikitaylı molyusku çıxarıblar. Heyvanın yaşı ağacların tarixləndirilməsinə bənzər üsulla müəyyən edilib: bu molyuskların qabıqlarında hər il əmələ gələn böyümə halqaları sayılaraq neçə il yaşadıqları öyrənilir.

Bu özünəməxsus "həyat gündəliyi” mikroskop altında aydın görünür: sürətli böyümə dövrləri böyümənin yavaşladığı və ya müvəqqəti dayandığı nazik xətlərlə növbələşir. Bu qatların ildə bir dəfə formalaşdığı alimlər tərəfindən qabığın kimyəvi tərkibindəki mövsümi dəyişikliklərlə müqayisə və işarələnmiş molyuskların yenidən tutulması ilə təsdiqlənib.

Məhz bu üsul 2006-cı ildə tapılan nümunənin yaşını dəqiq müəyyənləşdirmək üçün tətbiq olunub. Həmin il dərc olunan elmi məqalədə bildirilirdi ki, qabığın kəsiyində aparılan illik zolaqların sayımı bu molyuskun 405 ildən çox yaşadığını göstərir və bu, onu indiyədək sənədləşdirilmiş ən yaşlı molyusk və bəlkə də ən yaşlı qeyri-kolonial heyvan edir.

Lakin sonrakı araşdırmalar bu təsirli rəqəmin belə aşağı hesablandığını üzə çıxarıb. Radiokarbon analizi molyuskun 507 il yaşadığını göstərib. Beləliklə, onun təxminən 1499-cu ildə - Çində Min sülaləsi dövründə doğulduğu məlum olub. Bu səbəbdən jurnalistlər ona tezliklə "Min” ləqəbini veriblər.

"Arctica islandica” növü üçün bu cür qeyri-adi uzunömürlülük istisna deyil. Bu növün bir çox fərdi müntəzəm olaraq 100 ildən artıq yaşayır və bu həddi xeyli üstələyir. Alimlər bu fenomenal uzunömürlülüyü həmin canlıların fizioloji xüsusiyyətləri və ehtimal ki, genetik quruluşu ilə əlaqələndirirlər.

Dəniz bioloqu Doris Abele "Science Nordic” nəşrinə bildirib ki, "A. islandica” çox aşağı oksigen sərfiyyatına malikdir. Yavaş metabolizm adətən uzun ömür deməkdir, lakin onun fikrincə, uzunömürlülüyün bir hissəsi də genetik amillərlə bağlıdır.

Acı ironiya ondadır ki, məhz bu növün maksimum yaşını dəqiq müəyyənləşdirmək istəyi "Min”in ölümünə səbəb olub. Reformasiyanı, Amerikanın kolonizasiyasını və sənaye inqilabını "görmüş” bu molyusk 2006-cı ildə, okeanın dibindən çıxarıldığı gün dünyasını dəyişib. Ən ehtimal olunan səbəb onun tutulduqdan dərhal sonra dondurulması olub. Beləliklə, bəşəriyyət indiyədək məlum olan ən yaşlı heyvanı kəşf edib və onu elə həmin gün də öldürüb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see277

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see265

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see258

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see227

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see215

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see150

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri