Icma.az
close
up
RU
Alimlər dünyanın ən nadir balinasını yardılar

Alimlər dünyanın ən nadir balinasını yardılar

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Zelandiyada alimlər Cənubi Amerikada yaşayan və dünyanın ən nadir balina növü hesab olunan kəmərdişli balinanı yarıb tədqiq ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.

2024-cü ilin iyul ayında Yeni Zelandiyanın Otaqo bölgəsinin sahillərində 5 metrlik ölü erkək kəmərdişli balina tapılıb. Bu nadir dəniz məməlisi növü indiyədək yalnız altı dəfə qalıqları vasitəsilə müəyyən edilib və heç bir canlı nümunəsi müşahidə olunmayıb.

Kəmərdişli balinalar qılıncdişli balinalar fəsiləsinə aiddir və gizli həyat tərzi, dərin sularda yaşaması ilə tanınır. Onlar Cənubi Sakit okeanın ən dərin sualtı çökəkliklərinin olduğu bölgələrdə məskunlaşıblar ki, bu da onların müşahidəsini son dərəcə çətinləşdirir. Bu balinalara rast gəlinməsinin nadirliyi səbəbindən alimlər hələ də onların davranışı, qidalanması və populyasiya sayı haqqında çox az məlumata malikdirlər.

Tapılan nümunə Dunedin şəhəri yaxınlığında Invermay tədqiqat mərkəzinə gətirilib. Burada beynəlxalq alimlər qrupu yerli Maori icmasının nümayəndələri ilə birlikdə balinanın yarılmasına başlayıb. Təbiəti mühafizə departamentinin elmi məsləhətçisi və kəmərdişli balinalar üzrə aparıcı mütəxəssis Anton van Helden bu tapıntını dəniz məməlilərinin tədqiqi üçün "inanılmaz bir fürsət" adlandırıb.

Tədqiqat zamanı alimlər balinanın mədəsini, səs orqanlarını, fəqərələrinin sayını, yağ yığılmalarını və boğaz quruluşunu öyrənməyi planlaşdırırlar. Bu məlumatlar kəmərdişli balinaların qidalanma sirrlərini, yaşayış yerlərini və ətraf mühitlə qarşılıqlı əlaqələrini açmağa kömək edəcək. Tədqiqatın nəticələri həmçinin bu nadir növün antropogen təhdidlərdən qorunması üçün tədbirlərin hazırlanmasına da töhfə verə bilər.

Kəmərdişli balinanın ilk nümunəsi 1874-cü ildə alt çənə sümükləri və dişləri əsasında təsvir edilib. O vaxtdan bəri əsasən Yeni Zelandiyada cəmi bir neçə tapıntı qeydə alınıb. Sonuncu tapıntı 2017-ci ildə olsa da, lakin tədqiqatın tam aparılmasına imkan olmayıb, çünki cəsəd yarılmazdan əvvəl basdırılıbmış.

Lalə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri