Alimlər görmə qabiliyyətini bərpa edən implant ixtira ediblər
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Alimlər görmə qabiliyyətini bərpa etmək üçün subretinal fotovoltaik implant ixtira ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The New England Journal of Medicine" elmi jurnalında dərc olunan tədqiqatda məlumat verilib.
Söhbət retinal fotovoltaik implantlar üçün mikroçip sistemindən (PRIMA) gedir. Bu sistem subretinal fotovoltaik implant və xüsusi eynəklərdən ibarətdir. Eynəklər mərkəzi torlu qişanın atrofiyası olan sahələrdə görmə qabiliyyətini bərpa etmək məqsədilə implant üzərinə infraqırmızı işıq proyeksiya edir.
Tədqiqat çərçivəsində 32 nəfər iştirakçı PRIMA sistemi ilə 12 aylıq müşahidədən keçib. Nəticədə müəyyən edilib ki, iştirakçıların 80 faizində bir ildən sonra kliniki baxımdan əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunub.


