Alimlər zədələnmiş neyronları olan insanlara görmə qabiliyyətini qaytarmağa kömək edəcək maddə kəşf ediblər
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kolorado Dövlət Universitetinin amerikalı alimləri LL-341070 adlı maddə kəşf ediblər. Bu birləşmə neyronları zədələyən nevroloji xəstəlikləri olan xəstələrin görmə qabiliyyətini bərpa edə bilər. Bu xəstəliklərə dağınıq skleroz aiddir.
“Report” xəbər verir ki, tədqiqat “Nature Communications” (NatComms) elmi jurnalında dərc edilib.
Mütəxəssislər aşkar ediblər ki, LL-341070 siçanlarda mielin regenerasiyasını gücləndirə və beynin görmə ilə bağlı funksiyasını yaxşılaşdıra bilər.
Mielin neyronların çıxıntıları ətrafında qılaf əmələ gətirir, bu strukturların qidalanmasını və onlar boyunca elektrik impulsunun keyfiyyətli ötürülməsini təmin edir.
LL-341070 ilə müalicə ciddi zədələnmələr zamanı bərpa prosesini daha səmərəli edib.
“Biz uzun illərdir ki, mielinin beyin fəaliyyətində həlledici rol oynadığını bilirik. Bu tədqiqat kortikal mielinin görmə funksiyasındakı rolunu vurğulayır. Preparat dönüş nöqtəsi ola bilər, çünki o, beynin təbii bərpa mexanizmlərini sürətləndirir”, – tədqiqatın həmmüəllifi doktor Daniel Denman qeyd edib.
Tədqiqatçılar preparatı beynin digər sahələrində sınaqdan keçirməyi və müalicəni təkmilləşdirməyi planlaşdırırlar, onu daha da səmərəli və nəticədə xəstələr üçün əlçatan etməyə ümid edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Yanvar 2025 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















