Icma.az
close
up
RU
Alimlər həyəcan təbili çalır: Dəniz pandemiyası dəniz kirpilərini məhv edir

Alimlər həyəcan təbili çalır: Dəniz pandemiyası dəniz kirpilərini məhv edir

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2021-ci ildən bəri Kanar arxipelaqında dəniz kirpisi növü Diadema africanum demək olar ki, tamamilə naməlum xəstəlikdən tələf olub. Tinerifedə populyasiya 99,7% azalaraq praktiki olaraq yoxa çıxıb, Madeira arxipelaqının yaxınlığında isə geriləmə 90%-ə çatıb.

Qaunarinfo xəbər verir ki, eyni dövrdə kütləvi ölüm halları Qırmızı dənizdə, Aralıq dənizində, Karib hövzəsində və Hind okeanının qərb hissəsində də qeydə alınıb.

"2021-ci ildən bəri gördüklərimiz doğrudan da ciddi narahatlıq doğurur. Biz çox qısa vaxt ərzində bir neçə növün yoxa çıxmasından danışırıq", deyə La-Laquna Universitetinin tədqiqatçısı və araşdırmanın müəllifi İvan Kano bildirir.

Dəniz kirpiləri dəniz ulduzları ilə qohum olan unikal canlılardır. Onlar "ayaqcıqları" vasitəsilə nəfəs alır, iynələri isə onları yalnız yırtıcılardan qorumaqla qalmır, həm də xırda dəniz canlıları üçün sığınacaq rolunu oynayır.

Kirpiləri "ekosistem mühəndisləri" də adlandırırlar, çünki onlar mühiti dəyişdirirlər: suotlarını yeyir, qida qalıqlarını parçalayır və eyni zamanda qida zəncirinin vacib həlqəsini təşkil edirlər.

Suotlarının artımını nəzarətdə saxlamaqla, onlar minlərlə dəniz növünün məskəni olan sərt mərcanların yaşamasına kömək edirlər. Dəniz kirpilərinin yoxa çıxdığı Karib hövzəsində mərcan əraziləri iki dəfə azalıb, suotlarının sahəsi isə 85% artıb.

"Məni bu canlılarda ən çox heyran edən onların mühiti dəyişdirmə qabiliyyətidir. İnsanlar kimi onlar da öz məkanlarını modelləşdirirlər. Onların yoxa çıxmasının hansı zəncirvari təsirlərə səbəb olacağını bilmirik", deyə Kano bildirib.

Pandemiyanın dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. Lakin Kano hesab edir ki, xəstəliyin yayılmasına insan fəaliyyəti böyük ehtimalla təsir göstərir. Potensial mexanizmlərə gəldikdə, burada gəmiçilik, axınların dəyişməsi və anomallıq göstərən dalğalanma fəallığı istisna edilmir.

Alim Kanar adalarına dəniz kirpilərinin erkən inkişaf mərhələlərini araşdırmaq üçün gəlib, lakin tezliklə gənc fərdlərin demək olar ki, olmadığını görüb. Bu vəziyyət onu dissertasiyasının mövzusunu tam dəyişməyə və populyasiyanın sürətli azalmasını sənədləşdirməyə məcbur edib.

Diadema cinsi dünyanın bütün tropik sularında geniş yayılıb və dəniz kirpiləri arasında ən çoxsaylı və ekoloji baxımdan ən əhəmiyyətli qrup hesab olunur. Hazırda cəmi bir neçə akvatoriya xəstəlikdən yan keçib.

"Bu pandemiyanın necə inkişaf edəcəyinə hələ əmin deyilik. Xoşbəxtlik ondadır ki, xəstəlik hələlik Cənub-Şərqi Asiya və Avstraliya populyasiyalarına yayılmayıb. Lakin xəstəliyin yenidən ortaya çıxıb genişlənməsini istisna edə bilmərik", deyə Kano əlavə edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri