Icma.az
close
up
RU
Alimlər idman etmədən arıqlamaq üçün yeni üsul tapıblar

Alimlər idman etmədən arıqlamaq üçün yeni üsul tapıblar

Icma.az, Olke.az saytına istinadən bildirir.

Rasiondan cəmi bir amin turşusunun, sisteinin çıxarılması sürətli və əhəmiyyətli çəki itkisilə nəticələnə bilər.

Ölkə.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Nyu-York Universitetinin Tibb Fakültəsinin tədqiqatçıları tərəfindən aparılan eksperiment zamanı belə bir pəhrizdə olan siçanlar çəkilərinin 30%-ə qədərini itiriblər.

Sistein – orqanizmdə antioksidant qlutatyon və enerji mübadiləsində əsas rol oynayan koenzim A kimi vacib molekulların sintezində iştirak edən, kükürd tərkibli bir amin turşusudur. Bu maddə əsasən heyvani mənşəli məhsullarda, qoz-fındıqda və bəzi taxıl növlərində olur.

Rasiondan sisteinin çıxarılması genetik modifikasiya olunmuş siçanlarda eyni anda iki qoruyucu reaksiyanı — hüceyrəvi stress reaksiyasını (ISR) və oksidləşdirici stress reaksiyasını (OSR) — aktivləşdirib. Bu, maddələr mübadiləsinin sürətlə yenidən qurulmasına səbəb olub: yağ yandırılması güclənib, qida maddələrinin adi şəkildə emalı pozulub.

Alimlər həmçinin koenzim A səviyyəsinin kəskin şəkildə azaldığını müşahidə ediblər, bu da hüceyrələrin enerji istehsal edən strukturları olan mitoxondrilərin fəaliyyətini zəiflədib. Nəticədə orqanizm enerjini daha az effektiv yollarla, o cümlədən anaerob qlikoliz vasitəsilə əldə etməyə məcbur olub. Bu zaman əsasən yağ ehtiyatları azalıb, əzələ kütləsi isə qorunub saxlanılıb.

Eyni zamanda müəyyən olunub ki, bu təsir tamamilə geri çevriləndir: siçanlar adi rasiona qayıtdıqdan sonra əvvəlki çəkilərini tez bir zamanda bərpa ediblər. Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf piylənmə və maddələr mübadiləsi pozuntularının müalicəsində qısamüddətli metabolik müdaxilələrin inkişafı üçün əsas ola bilər.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 May 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri