Alimlər kainatın yeddi milyard il əvvəlki temperaturunu müəyyən ediblər
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Yaponiyalı astronomlar kainatın yeddi milyard il əvvəl mövcud olmuş temperaturunu yüksək dəqiqliklə müəyyən ediblər.
Oxu.Az-ın məlumatına görə, tədqiqatın nəticələrinə əsasən, müəyyən edilib ki, o vaxt kainat indikindən təxminən iki dəfə daha isti olub.
Hesablamalar üçün Çilidə yerləşən ALMA (Atakama Böyük Millimetr/Submillimetr Anten Şəbəkəsi) radioteleskopunun məlumatlarından istifadə edilib.
Bu, dünyanın ən böyük radioteleskop kompleksidir və dəniz səviyyəsindən 5 000 metrdən çox yüksəklikdə, kosmosun dərinliklərindən zəif siqnalları xüsusi dəqiqliklə qeyd etməyə imkan verən quru havanın olduğu Atakama səhrasında yerləşir.
Alimlər uzaq qalaktikanın mərkəzində yerləşən və son dərəcə parlaq enerji mənbəyi olan kvazarın işığını təhlil ediblər. İşıq spektrindəki dəyişikliklər Böyük Partlayışdan sonra formalaşmış kosmik mikrodalğalı fon radiasiyasının temperaturunu hesablamağa imkan verib. Bu temperatur 5.13 K (kelvin - mütləq sıfırdan 5.13 dərəcə yuxarı) müəyyən edilib. Müqayisə üçün bugünkü mikrodalğalı fonun temperaturu 2.7 K-dir ki, bu da təxminən -270.45 dərəcəyə bərabərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Noyabr 2025 05:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















