Alimlər kişilərdə ürək xəstəlikləri riskinin kəskin artdığı yaşı açıqladı
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, kişilərdə ürək-damar xəstəlikləri riski təxminən 35 yaşdan etibarən nəzərəçarpacaq dərəcədə artır.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of the American Heart Association" jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər orta hesabla 34 il ərzində 5112 nəfərin sağlamlıq vəziyyətini izləyiblər. İştirakçıların yaşı layihənin əvvəlində, 1980-ci illərin ortalarında 18-30 arasında olub və onların heç birində ürək-damar xəstəliyi qeydə alınmayıb. Müşahidə dövründə infarkt, insult və ürək çatışmazlığı halları diqqətlə analiz edilib.
Araşdırma göstərib ki, təxminən 35 yaşında kişilərdə ürək-damar xəstəlikləri riskində “kəskin sıçrayış” müşahidə olunur, halbuki qadınlarda bu yaş dövründə oxşar artım qeydə alınmayıb. Bu fərqin əsas səbəbi işemik ürək xəstəliyidir. Bu xəstəlik zamanı damar divarlarında yaranan yağ yığıntıları koronar arteriyaları daraldır və infarkt riskini yüksəldir.
Alimlər arterial təzyiq, xolesterin və qlükoza səviyyəsi, siqaret çəkmə, fiziki aktivlik və bədən çəkisi kimi ənənəvi risk faktorlarını nəzərə alsalar da, kişi və qadınlar arasındakı fərq yenə də qalmaqdadır. Bu isə əlavə bioloji mexanizmlərin rol oynadığını göstərir.
Məlumata görə, kişilər ürək-damar xəstəlikləri üzrə 5 faiz xəstələnmə həddinə qadınlardan təxminən 7 il daha tez, yəni orta hesabla 50,5 yaşında çatırlar. Qadınlarda isə bu göstərici 57,5 yaş təşkil edir. İşemik ürək xəstəliyi üzrə fərq daha da böyükdür – kişilərdə bu risk qadınlara nisbətən təxminən 10 il əvvəl ortaya çıxır.
Tədqiqatda insult riski baxımından cinslər arasında ciddi fərq aşkarlanmayıb. Ürək çatışmazlığı riski isə kişilərdə daha gec yaşlarda artmağa başlayıb. Alimlər qeyd ediblər ki, iştirakçılar hələ 65 yaşına çatmadığı üçün nəticələr əsasən nisbətən gənc yaş qrupunu əhatə edir.
Mütəxəssislər bu nəticələrin kişilər üçün ürək-damar risklərinin daha erkən yaşlarda müayinəsinin vacibliyini göstərdiyini bildirirlər. Onların fikrincə, ürək xəstəlikləri illər ərzində formalaşır və risk faktorlarının gənc yaşlardan aşkarlanması gələcəkdə infarkt və digər ağırlaşmaların qarşısını almağa kömək edə bilər.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Fevral 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















