Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 16 iyun, AZƏRTAC
İsrail və ABŞ alimləri Yer kürəsindən kənarda mümkün həyat əlamətlərinin müəyyənləşdirilməsi üçün yeni yanaşma təqdim ediblər.
AZƏRTAC İsrailin TPS-ıl informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar fərdi molekulların axtarışına deyil, onların nümunə daxilində paylanmasının statistik xüsusiyyətlərinə əsaslanan metod hazırlayıblar. Yeni yanaşmanın Marsdan, asteroidlərdən və buzlu peyklərdən gətirilən nümunələrdə bioloji materialı qeyri-bioloji maddələrdən fərqləndirməyə kömək edəcəyi bildirilir.
Araşdırma çərçivəsində qədim Yer süxurları, fosilləşmiş bioloji qalıqlar və asteroid materialları daxil olmaqla 100-dən çox nümunə təhlil edilib. Nəticələr molekulların paylanmasında bioloji və qeyri-bioloji mənşəli maddələr arasında ardıcıl statistik fərqlərin mövcud olduğunu göstərib.
Tədqiqatın müəllifləri hesab edirlər ki, metod gələcək kosmik missiyalarda, xüsusilə də Yupiter və Saturnun buzlu peyklərində həyat axtarışında mühüm rol oynaya bilər.
Araşdırmanın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.
Baxış sayı:123
Bu xəbər 16 İyun 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















