Icma.az
close
up
RU
Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb Elmdə ilk

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb Elmdə ilk

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin Minnesota Universitetinin alimləri ilk dəfə olaraq ayrı-ayrı bioloji komponentlərdən canlı hüceyrənin xüsusiyyətlərinə malik sintetik hüceyrə yaratmağa nail olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar sıfırdan yaradılan bu hüceyrəyə “SpudCell” adını verib. 

“SpudCell” hələlik tam canlı orqanizm olmasa da, artıq əsl hüceyrənin bir sıra əsas funksiyalarını yerinə yetirməyə qadirdir və qidalanmaq, böyümək və bölünmək qabiliyyətinə sahibdir.

Layihə rəhbəri, bioloq Keyt Adamala “SpudCell”i karyerasının ən mühüm işi adlandırıb. Onun sözlərinə görə, tədqiqatın əsas məqsədi həyatın mövcudluğunun fundamental prinsiplərini başa düşməkdir. Adamala vurğulayıb ki, müasir elm artıq genetik kodu oxumağı bacarır, lakin ayrı-ayrı molekullardan funksional hüceyrənin məhz necə yarandığını elə də yaxşı anlaya bilmir. 

Onu da qeyd edək ki, “SpudCell” təxminən 150-200 molekuldan ibarətdir. Adi canlı hüceyrə isə özündə milyardlarla molekul ehtiva edə bilər. Hüceyrənin təxminən hər 12 saatdan bir bölünməsi üçün alimlər onu əllə qidalandırmalı və təxminən 30°C temperatur şəraitində saxlamalı olurlar. Bununla yanaşı, “SpudCell” müstəqil şəkildə zülal istehsal etməyi bacarmır. Bu isə o deməkdir ki, sintetik hüceyrə insanlar tərəfindən daimi “qidalandırma” olmadan yaşaya bilməz.

Bu yenilik elm sahəsində çoxsaylı müzakirələrə səbəb olub. Hazırda bioloqların müzakirə etdiyi əsas sual isə “SpudCell”i ümumiyyətlə canlı adlandırmaq olarmı?”dan ibarətdir. Bu suala isə hələlik birmənalı və konkret cavab yoxdur.

Artıq qeyd etdiyimiz kimi, yeni yaradılan hüceyrə bəzi ən mühüm funksiyaları – daxili prosesləri dəstəkləməyi, enerjidən istifadə etməyi, böyüməyi və bölünməyi yerinə yetirməyə qadirdir. Lakin o, hələlik tamamilə müstəqil şəkildə mövcud ola bilməz. Məhz buna görə də bir çox alim “SpudCell”i yeni həyat formasının yaradılması kimi deyil, ciddi texnoloji irəliləyiş kimi qiymətləndirir.

Fotoda: Keyt Adamala


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyul 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri