Icma.az
close
up
RU
Alimlər qocalmanın sürətləndiyi anları müəyyən ediblər

Alimlər qocalmanın sürətləndiyi anları müəyyən ediblər

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ildə aparılan genişmiqyaslı araşdırma insanların yaşlanma prosesinin bərabər şəkildə deyil, müəyyən dövrlərdə sürətləndiyini üzə çıxarıb. Alimlər müəyyən ediblər ki, orqanizmdə ən kəskin dəyişikliklər təxminən 44 və 60 yaşlarında baş verir.

Bu barədə Ölkə.az Lent.az-a istinadla xəbər verir.

Molekulyar səviyyədə iki “yaşlanma pik nöqtəsi” aşkarlanıb

Stenford Universitetinin genetiki Maykl Snayderin sözlərinə görə, insan orqanizmi zaman keçdikcə sadəcə mütəmadi şəkildə qocalmır. Əksinə, müəyyən yaş mərhələlərində bütün əsas bioloji proseslərdə kəskin dəyişikliklər müşahidə olunur. Bu dövrlər “qırılma nöqtələri” sayılır və orqanizmin demək olar ki, bütün molekulyar sistemlərinə təsir edir.

Araşdırma çərçivəsində alimlər 108 yetkin üzərində bir neçə il müşahidə aparıblar. İştirakçılar mütəmadi olaraq biomaterial təqdim ediblər və nəticədə RNA, zülallar, lipidlər, dəri, ağız və burun mikrobiomu ilə bağlı 135 mindən çox bioloji parametr toplanıb. Ümumi məlumat bazası 246 milyard vahidi keçib.

44 yaş — metabolizmdə və ürək-damar sistemində kəskin dəyişikliklər

Tədqiqatın nəticələrinə görə, ilk böyük dəyişiklik dalğası orta 40-cı illərə təsadüf edir. Bu mərhələdə lipid mübadiləsi, alkoqol və kofein parçalanması, ürək-damar göstəriciləri, əzələ və dəri vəziyyəti kəskin şəkildə dəyişməyə başlayır.

Alimlər qeyd edir ki, bu sıçrayış qadınlarda menopoz dövrü ilə üst-üstə düşsə də, kişilərdə də analoji dəyişikliklər müşahidə olunub. Bu isə prosesi yalnız hormonal dəyişikliklərlə əlaqələndirməyin doğru olmadığını göstərir.

60 yaş — immun sistemində və böyrəklərdə sürətli geriləmə

İkinci “yaşlanma piki” 60 yaş ətrafında baş verir və daha geniş sistemləri əhatə edir: karbohidrat mübadiləsi, ürək fəaliyyəti, immun sistemi, dəri və əzələ toxuması, böyrək funksiyası.

Bu dəyişikliklər yaşlılıqla bağlı xəstəliklərin yaranması riskini artırır.

Niyə belə kəskin dəyişikliklər baş verir?

Metabolomist Syaotaa Şenin sözlərinə görə, yaşlanmanın məhz bu iki mərhələdə sürətlənməsinin dəqiq səbəbləri hələ məlum deyil. Ancaq ehtimal olunur ki, bu proseslər kişilər və qadınlar üçün ortaq olan kompleks bioloji mexanizmlərlə bağlıdır.

Araşdırmanın məhdudiyyətləri

Tədqiqat nisbətən kiçik iştirakçı qrupu ilə aparılıb – cəmi 108 nəfər. Yaş aralığı da məhdud olub: 25–70 yaş. Alimlər hesab edir ki, yaşlanma modelini daha dəqiq anlamaq üçün daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac var.

Mütəxəssislər bildirir ki, yaşlanmanın bu cür “sıçrayış məntəqələrinin” müəyyənləşdirilməsi ürək xəstəliklərinin, immun zəifliyinin, metabolik pozuntuların vaxtında qarşısının alınmasına imkan verə bilər.

Bu məlumatlar gələcəkdə fərdi sağlamlıq strategiyalarının hazırlanmasında mühüm rol oynaya bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri