Icma.az
close
up
RU
Alimlərdən xəbərdarlıq: Müharibə və mikroplastiklər arıları təhdid edir

Alimlərdən xəbərdarlıq: Müharibə və mikroplastiklər arıları təhdid edir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Arı populyasiyası müharibələr, mikroplastiklər və işıq çirkliliyi kimi yeni təhlükələrlə üz-üzədir. Alimlər tozlayıcıların qorunması üçün təcili tədbirlərə çağırış edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Reading Universitetinin rəhbərliyi ilə hazırlanmış yeni hesabat qarşıdakı 10 ildə tozlayıcıların itkisinin sürətlənə biləcəyini göstərən 12 yeni təhlükəni müəyyən edib. Bu təhlükələr arasında müharibələr, mikroplastik çirkliliyi, süni işıqlar, antibiotik qalıqları və pestisid kokteylləri ön plana çıxır.

Məsələn, Ukraynadakı müharibə kimi qarşıdurmalar ölkələri daha az sayda bitki növü yetişdirməyə məcbur edir. Bu da arıların mövsüm ərzində müxtəlif qida mənbələrinə çıxışını məhdudlaşdırır. Mütəxəssislər bu vəziyyətin arı populyasiyasına birbaşa təsir etdiyini bildirirlər.

Eyni zamanda, Avropa üzrə yoxlanılmış 315 arı koloniyasının əksəriyyətində PET kimi sintetik plastik qalıqları aşkarlanıb. Küçə lampaları isə gecə vaxtı polen daşıyıcılarının çiçək ziyarətlərini 62 faiz azaldır. Antibiotik qalıqları və kimyəvi pestisid qarışıqları da arıların davranışlarını pozaraq onların həyat dövrlərini təhdid edir.

Professor Saymon Potts: “Əgər erkən hərəkətə keçsək, zərəri azalda bilərik. Tozlayıcıları qorumaq – təbiəti və ərzaq istehsalını qorumaq deməkdir”, - deyib.

Hesabatda arıların qorunması üçün bəzi həll yolları da göstərilib. Bunlara antibiotik çirkliliyinə qarşı daha sərt qanunlar, hava çirkliliyini azaltmaq üçün elektrikli nəqliyyat vasitələrinin yayılması və daha çox polen verən bitkilərin əkilməsi daxildir.

Doktor Dipa Senapati: “Hətta arxa bağçalarımızda edəcəyimiz kiçik dəyişikliklər böyük təsirlər yarada bilər. Lakin fərdi və siyasi səviyyədə birlikdə hərəkət vacibdir”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see274

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see269

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see195

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see180

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see168

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see155

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see147

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see141

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see140

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see135

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see135

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see131

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see130

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see130

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see128

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see127

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri