Icma.az
close
up
RU
Şiddətli yağışların müharibə ilə əlaqəsi varmı? Alimlərdən açıqlama

Şiddətli yağışların müharibə ilə əlaqəsi varmı? Alimlərdən açıqlama

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Son günlərdə regionda baş verən hərbi gərginlik fonunda cəmiyyətdə yeni və mübahisəli bir fikir dolaşmağa başlayıb.
Yeniavaz.com
“Kaspi” qəzetinə istinadən xəbər verir ki, iddialara görə, Azərbaycanda müşahidə olunan normadan artıq yağıntılar İranda həyata keçirilən hərbi əməliyyatların nəticəsidir. Eyni zamanda, bombardmanların, onun nəticəsində yaranan partlayışların, yanğınların atmosferə neqativ təsirləri ilə bağlı da fərziyyələr mövcuddur. Bu yanaşmalar ictimai maraq doğursa da, suallar açıq qalır: doğrudanmı hərbi əməliyyatlar hava və iqlimə təsir edəcək qədər güclü amildir, yoxsa burada sadəcə təsadüfi uyğunluqdan söhbət gedir?
Lokal deyil, genişmiqyaslı dəyişikliklər
Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov hesab edir ki, iqlimdə müşahidə olunan dəyişiklikləri yalnız hərbi əməliyyatlarla əlaqələndirmək elmi baxımdan düzgün yanaşma deyil. Onun sözlərinə görə, eyni dövrdə oxşar intensiv yağıntıların Dağıstan ərazisində qeydə alınması, həmçinin daha əvvəl Nyu-York kimi coğrafi baxımdan tam fərqli bölgələrdə analoji hadisələrin baş verməsi göstərir ki, bu proseslər lokal deyil, daha genişmiqyaslı atmosfer dəyişikliklərinin nəticəsidir. Alim vurğulayır ki, bu cür hadisələri izah etmək üçün əsas diqqət qlobal atmosfer sirkulyasiyasına yönəldilməlidir. Belə ki, şimal yarımkürəsində, xüsusilə Arktika üzərində formalaşan güclü soyuq hava kütlələri normal şəraitdə müəyyən sabitliklə dövr edir və öz strukturunu qoruyur. Bu proses elmi ədəbiyyatda "hava burulğanı" kimi tanınan dinamik sistemlərlə izah olunur. Lakin müxtəlif səbəblərdən, məsələn, bloklayıcı antisiklonların yaranması zamanı bu sistemin hərəkət sürəti zəifləyir və nəticədə soyuq hava kütlələri öz sabitliyini itirərək parçalanır. Bu zaman həmin kütlələr ümumi atmosfer dövranına daxil olaraq fərqli coğrafiyalarda qəfil və gözlənilməz hava dəyişikliklərinə, o cümlədən intensiv yağıntılara səbəb olur. Məhz martın sonu - aprelin əvvəllərində müşahidə olunan hadisələrin də böyük ehtimalla bu mexanizmlə əlaqəli olduğu qeyd edilir.
S.Səfərov əlavə edir ki, hərbi əməliyyatlar zamanı istifadə olunan müəyyən texnogen vasitələrin atmosferə lokal təsiri tam istisna olunmasa da, bu təsirin genişmiqyaslı və uzunmüddətli iqlim dəyişiklikləri yaratmaq gücündə olması barədə elmi əsaslandırılmış faktlar mövcud deyil. Əksinə, son illərdə müşahidə olunan iqlim anomaliyaları daha çox qlobal xarakter daşıyır və müxtəlif təbii amillərin qarşılıqlı təsiri ilə formalaşır.
Süni yağıntı layihələri rütubət balansını pozur
Ekspertin diqqət çəkdiyi digər məqam isə bəzi ölkələrdə həyata keçirilən süni yağıntı layihələridir. Onun sözlərinə görə, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə tətbiq olunan bu texnologiyalar çərçivəsində atmosferə müxtəlif kimyəvi reagentlər buraxılır. Bu isə lokal səviyyədə rütubət balansına təsir göstərərək müəyyən dəyişikliklər yarada bilər. Lakin bu təsirlərin qlobal miqyasda hava sistemlərini köklü şəkildə dəyişməsi hələ də müzakirə mövzusudur.
S.Səfərovun fikrincə, baş verən hadisələrin müharibə ilə əlaqələndirilməsi daha çox zaman uyğunluğundan irəli gələn fərziyyədir. Onun dediyinə görə, oxşar hadisələr tarix boyu dəfələrlə baş verib, lakin əvvəlki dövrlərdə informasiya mübadiləsinin məhdud olması səbəbindən bu cür hadisələr geniş ictimaiyyətə çatmayıb. Müasir dövrdə isə qlobal informasiya axınının sürətlənməsi istənilən təbii hadisənin dərhal diqqət mərkəzinə düşməsinə və müxtəlif şərhlərlə müşayiət olunmasına səbəb olur.
Gələcəkdə daha kəskin hava hadisələri istisna deyil
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin professoru Əsgər Məmmədov da yayılan iddiaları əsassız sayır. Professorun sözlərinə görə, hazırda dünya iqlim sistemi qlobal istiləşmə dövrünü yaşayır və bu prosesin nəticələri tam şəkildə hələ elmi ictimaiyyət tərəfindən də müəyyənləşdirilməyib. Bununla belə, artıq aydındır ki, iqlim sistemində ciddi dəyişikliklər baş verir və gələcəkdə daha kəskin hava hadisələrinin müşahidə olunması istisna edilmir.
Ə.Məmmədov onu da əlavə edir ki, iqlimdə baş verən proseslər müəyyən qanunauyğunluqlara əsaslanır və bu sistem müəyyən dərəcədə proqnozlaşdırıla bilər. Lakin qısamüddətli atmosfer hadisələrini lokal və ya təsadüfi xarici faktorlarla bağlamaq düzgün deyil. Onun fikrincə, atmosferdə baş verən dəyişikliklərin kökləri daha dərin və qlobal proseslərlə bağlıdır.
Yağıntıların intervalı dəyişib
Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov da irəli sürülən fərziyyələrlə razılaşmır. Onun qənaətincə, sözügedən hərbi əməliyyatlar miqyas etibarilə o qədər böyük deyil ki, regional və ya sinoptik səviyyədə hava sistemlərinə təsir göstərə bilsin. Mütəxəssis qeyd edir ki, Azərbaycanda müşahidə olunan intensiv yağıntılar daha çox təbii iqlim dəyişkənliyi və uzunmüddətli meteoroloji qanunauyğunluqlarla izah olunmalıdır: "Hazırda müşahidə edilən yağışlar iqlim norması daxilində qiymətləndirilə bilər, lakin onların zaman və intensivlik baxımından paylanmasında ciddi dəyişikliklər müşahidə olunur. Yəni, uzun müddət ərzində düşməli olan yağıntıların qısa zaman intervalında, məsələn, bir neçə gün ərzində aylıq normanın bir neçə qatının düşməsi kimi hallar baş verir. Bu isə müasir iqlim dəyişmələrinin tipik göstəricilərindən biri kimi izah edilir".
Ekspert əlavə edir ki, belə ekstremal hava hadisələri yeni deyil və əvvəllər də oxşar proseslər müşahidə olunub. O, xüsusilə 1952, 1969 və 1992-1993-cü illəri xatırladaraq bildirir ki, həmin dövrlərdə də güclü yağışlar nəticəsində Kür çayı hövzəsində ciddi daşqınlar və sellər qeydə alınmışdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Aprel 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri