Alimləri heyrətə gətirən ixtira: Məməlilərin fəaliyyətini idarə edən sistem aşkarlanıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Alimlər heyvanlar aləmini anlamağımıza təsir edə biləcək maraqlı kəşfə imza atıblar. Almaniyanın Maks Plank adına Heyvan Davranışı İnstitutunun beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, fərqli mühitlərdə yaşayan müxtəlif məməli növləri oxşar davranış qanunauyğunluqlarına tabedirlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə araşdırma "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc olunub.
Tədqiqatçılar müasir smartfonlardakı akselerometr texnologiyasından istifadə edərək surikatlar, koatilər və kaftarların fəaliyyət rejimlərini - istirahət, yemək axtarışı və hərəkət dövrlərini izləyiblər.
Bu heyvanlar müxtəlif coğrafiyalarda və fərqli həyat tərzləri ilə yaşasalar da, fəaliyyət rejimlərini dəyişərkən eyni davranış ardıcıllığını nümayiş etdiriblər.
Alimlər bu məlumatlar əsasında məməlilərin davranışına nəzarət edən universal bir riyazi alqoritm olduğunu müəyyən ediblər. Bu kəşf, heyvanların necə düşündüyünü və ətraf mühitə necə uyğunlaşdığını anlamağa yeni qapılar açır.
Tədqiqatçıların fikrincə, bu universal model gələcəkdə heyvan davranışlarını daha dəqiq araşdırmaq və təbiəti qoruma strategiyalarını inkişaf etdirmək baxımından mühüm rol oynaya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 May 2025 05:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















