Icma.az
close
up
RU
Alimləri heyrətə salan qısaboylu hobbitlər necə yoxa çıxıb?

Alimləri heyrətə salan qısaboylu hobbitlər necə yoxa çıxıb?

Icma.az, Azpost saytına istinadən bildirir.

Alimlər ilk dəfə olaraq İndoneziyanın Flores adasında yaşayan Homofloresiensis kimi tanınan qədim insanların – “hobbitlərin” niyə yoxa çıxdığı sualına daha aydın cavab verə biliblər.

AzPost bildirir ki, “Communications Earth & Environment” jurnalında dərc olunan yeni bir araşdırma onların məhv olmasının yeni gələn Homo sapiens ilə rəqabət , uzun sürən quraqlıq və resurs çatışmazlığı ilə əlaqəli olduğunu aşkar ediblər.

Homo floresiensis, həmçinin “Flores Adamı” və ya “Hobbit” kimi də tanınır. Təxminən 50.000 il əvvəl müasir insanların meydana gəlməsindən əvvəl İndoneziyanın Flores adasında məskunlaşmış kiçik, arxaik insanların nəsli kəsilmiş bir növüdür.

Təxminən 1,1 m boyunda olan fərdin qalıqları 2003-cü ildə Liang Bua Mağarasında aşkar edilib. 2015-ci ilə qədər “LB1” işarəsi olan bir tam kəllə də daxil olmaqla 15 fərdin qismən skeletləri tapılıb.

Adanın mağaralarından olan stalaktitlərin və stalagmitlərin təhlili onlara təxminən 76.000-61.000 il əvvəlki iqlim şəraitini yenidən qurmağa imkan verib. Alimlər yağıntının təxminən yarıya qədər azaldığını, ildə 1560 mm-dən 990 mm-ə düşdüyünü aşkar ediblər. İqlim dəyişikliyi çayların və şirin su mənbələrinin qurumasına səbəb olub və Stegodonlar kimi tanınan cırtdan fillər də daxil olmaqla bitki örtüyü və heyvanlar ciddi qida çatışmazlığı ilə üzləşib. Paleontoloji dəlillər Stegodon populyasiyasının bu dövrdə kəskin şəkildə azaldığını təsdiqləyir.

Homofloresiensis üçün bu, onların təbii yaşayış yerlərinin itirilməsi demək idi. Qədim insanlar su və qida axtarışında dağ mağaralarından sahil ərazilərinə enməyə məcbur idilər.

Məhz bu mərhələdə əcdadlarımız sayılan Homo sapiens adaya gəlib. Bu, məhdud resurslar uğrunda birbaşa rəqabətə səbəb ola bilərdi. Mümkün vulkanik fəaliyyətlə birlikdə bu amillər hobbitlərin yaşaması üçün ekstremal şərait yaratdı.

Tədqiqatçılar vurğulayırlar ki, Homo sapiensin gəlişi yalnız növlərin məhv olması ilə bağlı ola bilməz. Əsas katalizator ehtimal ki, ətraf mühit dəyişiklikləri – quraqlıq, qida və suyun azalması və ekosistemə düşən stress idi.

Eyni zamanda, yeni tədqiqat kiçik ada populyasiyalarının iqlim dəyişikliyinə nə qədər həssas olduğunu və bu cür dəyişikliklərin nəsli kəsilməyə nə qədər tez səbəb ola biləcəyini nümayiş etdirir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri