Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi
Icma.az, Milli.az saytına istinadən bildirir.
Darem Universitetinin Yer elmləri professoru Mark Allen Venesuelada baş verən iki güclü zəlzələ arasındakı qeyri-adi dərəcədə qısa intervala diqqət çəkib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alim baş verən təkanların miqyaslarını nəzərə aldıqda, onların vaxt baxımından bir-birinə bu qədər yaxın olmasını qeyri-adi kimi qiymətləndirib.
Ekspertin fikrincə, birinci təkan sınma xəttinin bir seqmentinin qırılmasına səbəb olub və yaranan gərginliyi qonşu seqmentə ötürüb, bu da ikinci hadisənin baş verməsini şərtləndirib. Avstraliyalı seysmoloq Adam Paskal isə qeyd edib ki, birinci zəlzələdən cəmi 40 saniyə sonra qeydə alınan ikinci təkan ikiqat daha güclü olub.
Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:261
Bu xəbər 26 İyun 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















