Icma.az
close
up
RU
Alimləri susduran anlar Dünyada bir dəfə baş verib, sonra yoxa çıxan hadisələr

Alimləri susduran anlar Dünyada bir dəfə baş verib, sonra yoxa çıxan hadisələr

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəşər tarixi müharibə, fəlakət, epidemiya və bu kimi bir çox hadisələrin şahidi olub. Bütün hadisələri saymaq mümkün deyil, lakin onlardan bəziləri tarixdə yalnız bir dəfə baş verib.

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu hadisələrdən biri Şimali Amerikada yerləşən Missisipi çayında meydana gəlib. Uzunluğuna görə dünyanın dördüncü çayı olan Missisipi 2012-ci ildə ABŞ-da tüğyan edən İsaak qasırğası səbəbindən 24 saat ərzində əks istiqamətə axıb.

ABŞ-da baş verən daha bir qəribə hadisə bu ölkənin dəniz sularında cəmi bir dəfə görünən nəhəng kalmar olub. Suyun 750 metr dərinliyində görüntülənən bu canlıların Yaponiya sularında yaşadığı bilinir. Pepperoni pizza

Bundan 43 il əvvəl — 1977–ci ildə “Böyük qulaq” (Big Ear) adlı radioteleskop kosmosdan 72 saniyəlik çox güclü səs dalğası qeydə alıb. Aparılan hesablamalara görə, siqnal Oxatan ulduzu bölgəsində yerləşən dünyadan 120-220 işıq ili uzaqlıqdakı “Chi Sagittarii” ulduzundan gəlib. Siqnalı qeydə alan mütəxəssis onu “Wow” olaraq işarələyib. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, siqnalı təkrar almaq mümkün olmayıb.

Çiçək xəstəliyi. Bu da tarixdə cəmi bir dəfə görünən, ən ölümcül və tamamilə yox edilən yeganə insan xəstəliyidir. Müalicəsi olmayan bu xəstəlik üçün hazırlanan peyvənd onun yoxa çıxmasına səbəb olub ki, bu da o zamana qədər hazırlanmış ən effektiv vaksin kimi tarixə düşüb.

Belə misli görünməmiş hadisələrdən biri 1518-ci ildə Strasburqda yayılan “rəqs epidemiyası”dır. Epidemiya bir qadının yalnız özünün eşitdiyi musiqi sədaları altında dayanmadan rəqs etməsi ilə başlayıb. Sonrakı bir həftə ərzində xəstəlik daha 34 nəfərdə tapılıb və bu rəqəm 400-dək yüksəlib. Bu insanların bəziləri infarkt, yorğunluq kimi müxtəlif səbəblərdən ölüblər. Elm adamları bu hadisəni toplu psixoloji pozuntu kimi qiymətləndiriblər.

Digər belə qəribə epidemiya 1962-ci ildə Tanzaniyanın Kaşaşa şəhərində meydana gəlib. Qızlar məktəbində bir zarafat sonrası başlayan “gülüş epidemiyası”na burada təhsil alan 159 şagirddən 95-i yoluxub. Məlumatlara əsasən, epidemiyaya məruz qalan şagirdlərin bəziləri bir neçə saat, bəziləri isə tam 16 gün gülüb. Epidemiya müəllimlər arasında yayıldıqdan sonra — 1962-ci il martın 18-də məktəbin müvəqqəti bağlanmasına qərar verilib. Sonralar təxminən min nəfərin yoluxduğu epidemiya 14 məktəbin bağlanmasına səbəb olub. Elm adamları bu hadisənin stresslə bağlı olduğunu bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 İyul 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri