Natiq Cəfərli: “Yaxşı işi niyə yarımçıq görürsünüz?”
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İqtisadçı Natiq Cəfərli Azərbaycanda gələn ildən ev heyvanlarının baytarlıq pasportlarının rüsumunun artırılmasına və ikinci əl avtomobillərin satışında ƏDV hesablanması qaydasının dəyişdirilməsinə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli qeyd edib ki, gələn ildən ev heyvanlarına, o cümlədən it və pişiklərə verilən baytarlıq pasportlarının rüsumu 50 faiz artırılaraq 30 manata çatdırılacaq. Onun sözlərinə görə, bu addım büdcə gəlirlərini artırmaq məqsədilə hökumətin müxtəlif sahələrdə rüsumları yüksəltmək siyasətinin növbəti nümunəsidir.
İqtisadçı ikinci əl avtomobillərin satışına dair nəzərdə tutulan yeni vergi mexanizmini isə müsbət addım kimi qiymətləndirib.
Belə ki, gələn ildən rəsmi dilerlər tərəfindən istehsal tarixindən 5 ildən çox keçməmiş və yalnız nağdsız qaydada əldə edilmiş ikinci əl avtomobillərin satışında üç il müddətinə ƏDV bütün satış məbləğindən deyil, yalnız ticarət əlavəsindən, yəni alış və satış qiyməti arasındakı fərqdən hesablanacaq.
Cəfərlinin izahına görə, məsələn, diler avtomobili 20 min manata alıb 22 min manata satarsa, ƏDV bütün 22 min manat üzərindən deyil, yalnız 2 min manatlıq fərqdən hesablanacaq. Bu isə ikinci əl avtomobil bazarında vergi yükünün azalmasına və satış prosesinin daha məntiqli tənzimlənməsinə imkan verə bilər.
Bununla belə, iqtisadçı təklifin məhdud çərçivədə tətbiq olunmasını sual altına alıb. O, yeni qaydanın niyə yalnız istehsal tarixindən 5 il keçməmiş avtomobillərə və nağdsız əməliyyatlara şamil edildiyini, eləcə də mexanizmin niyə cəmi üç il müddətinə nəzərdə tutulduğunu sorğulayıb.
“Yaxşı bir iş görmək istəyirsinizsə, axıra qədər edin. Niyə yarımçıq edirsiniz ki?” – deyə Natiq Cəfərli bildirib.
İqtisadçı hesab edir ki, ikinci əl avtomobillərin satışında ƏDV-nin yalnız ticarət marjası üzərindən hesablanması daha geniş tətbiq edilməli, bu güzəştin əhatə dairəsi və müddəti ilə bağlı məhdudiyyətlərə yenidən baxılmalıdır.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















