Icma.az
close
up
RU
“Alimlərin maaşı yüksək deyil, elmi məqalə üçün 35 min astronomik rəqəmdir”

“Alimlərin maaşı yüksək deyil, elmi məqalə üçün 35 min astronomik rəqəmdir”

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən elm festivalında bir sıra iradlar bildirib. Nazir deyib ki, bəzi elmi qurumların illik büdcəsi 1 milyon manat təşkil etsə də, il ərzində cəmi 1 elmi məqalə dərc edirlər. Nəticədə, ölkə üzrə bir elmi məqalə ortalama 35 000 manata başa gəlir. 

E.Əmrullayev həmçinin ölkəmizdə fəaliyyət göstərən  150-dən çox elmi müəssisə və təşkilatdan 140-a yaxınında effektiv elmi məhsul istehsal edilmədiyini söyləyib.

Nazirin elm sahəsinə ayrılan məbləğ və elmi məhsulların həcmi ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. 

Süni intellekt çəkilən xərclərin yuxarı həddi nəzərə alınmaqla ölkəmizdə bir elmi məqaləyə təxminən 6 min manatdan bir qədər çox xərc çəkildiyini qeyd edir. 

Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elmin Nuri elmi məqalənin xərcinin sahədən asılı olaraq dəyişə biləcəyini deyib:

“Ümumiyyətlə, bir elmi məqaləyə çəkilən xərcin məbləği ilə bağlı konkret söz demək çətindir, bəlkə də, qeyri-mümkündür. Çünki burada bir-birilə qətiyyən adekvat olmayan məsələlər var.

Birincisi, məqalənin hansı elm sahəsi, hansı istiqamətdə yazılması çox önəmlidir. Sırf bu amilə görə xərc olunan summa kəskin şəkildə dəyişə bilər. Məsələn, kimya, biologiya, fizika, biokimya, tibb və s. istiqamətli elmlər sahəsində hazırlanan bir məqalə həddindən artıq böyük məbləğ tələb edə bilər. Çünki onun hazırlanmasında laboratoriya xidmətləri, orada çalışan texniki və akademik qrupun qonararı, rəyçi, tərcüməçi, eləcə də xidməti kölgədə qalan bir çox şəxslərə sərf olunan ümumi summanı da deyə bilərik. Məhz böyük bir komandadın əziyyətindən sonra ərsəyə gələn məqalə nüfuzlu elmi jurnallarda çap olunur. 

Digər tərəfdən bir neçə nəfərin ortaq xidməti hesabına hazırlanan məqalələr də var ki, bunların xərcini birincilərlə qətiyyən müqayisə edə bilmərik. 

İctimai-humanitar elmlər istiqamətində yazılan məqalələr isə yuxarıdakı qrupla müqayisə etdikdə o qədər də çox vəsait tələb etmir. 

Bizdə isə elmi məqalələr həm fərdi, həm də komanda şəklində hazırlanır. Bu, dünya elminin tələbidir. Amma hər iki halda müəllif tərəfindən astronomik məbləğdə vəsait xərclənilmir”. 

Ekspert deyir ki, alimlərin öz hesabına, bəzənsə borc götürərək elmlə məğul olduğu hallar da nəzərə alınarsa, bir məqalənn 35 min olması təəccüb doğurur:

“Çəkilən hər bir xərc elmlə məşğul olan, güzəranını maaşla təmin edən, kredit borcu olan alim üçün təbii ki, ağırdır. Biz bu işi görən fədakar alimlərə təşəkkür etməliyik. Amma hər dəfə bir məqaləyə orta hesabla 5-6 min manatın xərcləndiyini deyə bilmərik. Məqalənin məzmun və forma tələbi çox şeyi həll edir. 

Bir məqalə üçün xarici arxivlərdən çox baha qiymətə əlyazmalar, vacib mənbə rolunu oynayan materiallar alına bilər. Şəxsən mən bu işi görən, elmi məqaləsi üçün xarici arvixlərdən vacib materialı almaq üçün kimdənsə borc götürən alimlər tanıyıram. Onlara bir daha hamılıqla təşəkkür etməliyik. Amma digər tərəfdən də bəzi məqalələrin elmi orijinallığı, məzmun yeniliyi, akademik ağırlığı o qədər də ürəkaçan deyil ki, ona hələ orta hesabla 5-6 min manat vəsait sərf oluna.

Bu, hələ məsələnin birinci tərəfidir. Problemin digər yanı da elm festivalında Emin Əmrullayevin səsləndirdiyi fikirlərdir. Onun sözlərinə görə, ölkə üzrə bütün elmi xərcləri böldükdə bir elmi məqalə təxminən 35 min manata başa gəlir. Göründüyü kimi, rəqəmlər həddindən artıq heyrətləndiricidir. Alimlərin o qədər də yüksək əmək haqqı almadığı elmi müəssisələrdə bir məqaləyə sərf olunan xərcin 35 min manat olması sadəcə yolverilməzdir. Bunun da bir neçə səbəbi var. 

İlk səbəb, müəssisələrə sırf tədqiqat məqsədilə ayrılan illik vəsaitin, həmin il ərzində yazılan məqalə sayına olan nisbəti nəzərdə tutulur. Təəssüf ki, bəzi elmi müəssisələrdə il ərzində beynəlxalq indeksli jurnallarda çıxacaq məqalə sayı o qədər də çox olmadığından ortada bu cür böyük rəqəmlərlə bağlı təəccüb qalmaqdadır. 

Bir statistik göstərici nazir tərəfindən səslənirsə, üstəlik nüfuzlu elm festivalında problem kimi xatırlanırsa, deməli, bu, ciddi yoxlama və auditin sonuncunda gəlinmiş qənaətdir. Bu, həm də bugün elmi müəssisələrimizlə bağlı ciddi tədqiqat işlərinin aparılmasını, kəmiyyət və keyfiyyət prinsiplərinin qorunub-saxlanmasını təmin edə biləcək”.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Aprel 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri