Icma.az
close
up
RU
Alın tərinin günü olmaz: hər gün əmək, hər gün zəhmət

Alın tərinin günü olmaz: hər gün əmək, hər gün zəhmət

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

May ayının 1-i dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Bu günün məqsədi zəhmətkeşlərin haqqını tanımaq və onların hüquqlarını müdafiə etməkdir. Əvvəlcə müasir Avropa ölkələrində 1 May bahar bayramı kimi qeyd olunurdu, zəhmətkeşlərin günü kimi tanınmağa 19-cu əsrin sonlarında başladı. 1886-cı il mayın 1-də Çikaqoda işçilər səkkiz saatlıq iş günü və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə başladılar. Polislə toqquşmalar bir neçə gün davam etdi və mayın 4-də kulminasiya nöqtəsinə çatdı, 100-dən çox adam yaralandı. Bu hadisənin xatirəsinə 1889-cu ildə İkinci Beynəlxalq Paris Konqresi hər il mayın 1-də qeyd edilməli olan Beynəlxalq Zəhmətkeşlər Gününü təsis etdi.

Əmək, müəyyən məqsədə çatmaq üçün insan gücünün şüurlu, bəzən də şüursuz şəkildə istifadəsi, fiziki və ya zehni səydir. İbtidai insan da əməksevər olub, dövrümüzdə də insan əməyi qiymətlidir. Əmək bizə məsuliyyəti öyrədir, zəhmət bizə öhdəliklərimizi xatırladır. Əmək insanın özü və başqaları üçün əhəmiyyətli bir şey əldə etmək üçün etdiyi hərəkətlərdir. İş, hər bir insan üçün, ailə, cəmiyyət və ölkə üçün vacibdir. Planetimizdə yaxşı və faydalı hər şey insan əməyi ilə yaradılıb.

Əməklə məşğul olduğumuz zaman əzm, iradə, qətiyyət, məsuliyyət, problemlərin həlli və özünü idarəetmə bacarığı və daha nələr qazanırıq. Əmək bizi tərbiyə edir, desək, yanılmarıq. Zəhmətkeş insanın mənəviyyatı, əxlaqı zəhmətinə bərabər olur, o əməyin nə olduğunu bildiyi üçün xarakterinə də yaxşılıq yoğrulur. Əməyi ilə həyatını qazanan insanlar dünya üçün şansdır, hədiyyədir.

Düşünün, Misir piramidalarından kosmik gəmilərə qədər necə uzun bir əmək tarixi olub insanın. Dünya saysız-hesabsız insanın, davamlı nəsillərin nəhəng əməyinin nəticəsi deyilmi? Əmək olmasaydı mizraqla heyvan ovlayan ibtidai insan süni intellekt fenomenini yarada bilərdimi? Bütün bunlar əzmkarlığın, mətanətin, gücün, biliyin - əməyin meyvələridir.

Çətin, zəhmət tələb edən iş müəyyən bir məqsədə çatmaq üçündürsə bu yolda iradə, əzm lazımdır. Bu əzminə görə çalışqan insan, başqa üstün qabiliyyətləri olmasa da zirvəyə çatmağa qadirdir. Onun əzmkarlığı və qətiyyəti çalışdığı sahədə digər çatışmazlıqlarını kompensasiya edir və daim öz üzərində işləmək ona gündən-günə inkişaf etməyə və təkmilləşməyə imkan verir.

Əmək yalnız məqsədə çatmaq üçün bir yol deyil, həm də özünü təkmilləşdirmək üçün tərbiyə vasitəsidir. Öz üzərində işləmək, zəif cəhətlərini aradan qaldırmaq, daim yeni bilik və bacarıqlara can atmaq - bütün bunlar çoxlu zəhmət tələb edir. Biz, hər çətin görünən işi görəndə daha da güclənirik. Hər dəfə tənbəlliyə qalib gələndə imkanlarımızın hüdudlarını genişləndiririk. Hər dəfə yeni bir şey öyrənəndə daha təcrübəli və bacarıqlı oluruq. Zəhmət xarakteri gücləndirir, iradəni inkişaf etdirir və məsuliyyət öyrədir. Bu, bizə vaxta dəyər verməyi, daha intizamlı olmağı öyrədir.

Üstəlik, zəhmətkeşlik yaradıcı təfəkkürün inkişafına da təkan verir. Çətinliklərlə qarşılaşdıqda, problemləri həll etmək üçün yeni yollar axtarmağa, yaradıcı olmağa və qeyri-ənənəvi yanaşmalar tapmağa məcbur oluruq. Bu proses beynimizi aktivləşdirir və yaradıcılığı stimullaşdırır. Zəhmət, beyin və bədən üçün bir növ məşqdir. Davamlı işləyən insan qocalığa qədər gənc və enerjili qalır. Düşünün, zəhmətlə, əməklə bağlı nə qədər atalar sözləri, məsəllər var ki, zamanla doğruluğunun şahidi olmuşuq.

Həyatda uğur qazanmaq üçün əsas tələb zəhmətdir. Zəhmət təkcə maddi rifahı deyil, həm də özünü dərk etməyi, tanınmağı, başqalarına hörmət etməyi öyrədir. Çalışqan insan adətən öz peşəsində daha çox şeyə nail olur. Zövqlə işləyən, zəhmətinin nəticəsini görən insan özünü cəmiyyətə lazımlı hiss edir. O, özünə və qabiliyyətinə arxayındır, enerjili və həvəslidir. Zəhməti sevən insan daim öz bacarıqlarını artırır, yeni texnologiyalar öyrənir. Zəhmət həm işimizdə, həm də ailəmizdə uğur qazanmağa kömək edir. Çünki yaxşı ailə sahibi olmağın yolu da zəhmətdən, əməkdən keçir.

Nə ilə məşğul olmağımızdan asılı olmayaraq – istər ağır fiziki əmək olsun, istər zehni fəaliyyət - yalnız zəhmətlə uğur qazana bilərik. Elmdə zəhmətlə fiziki əməkdəki zəhmət - hər ikisi insan əməyidir. İnsan əməyə kiçik yaşlarından alışmalıdır, çünki zəhmət uşaqlıqdan qazanmalı olduğumuz bir keyfiyyətdir. Uşaqlara kiçik yaşlarından əmək öyrətmək, onlara öhdəsindən gələ biləcəkləri tapşırıqlar vermək və gördükləri işə görə onları mükafatlandırmaq tərbiyənin vacib elementidir.

Uşaqlara çətin tapşırıqlar verməkdən qorxmayın. İlk dəfə öhdəsindən gəlməsə belə, ona dəstək olmaq və çətinlikləri başa düşməyə kömək etmək onun marağını və həvəsini artırır, çətinliklərdən qorxmamağı öyrənir. Uşaqlara zəhmətin barını göstərmək onun əməyə olan marağını artırır. Əgər valideynlər özləri zəhmətkeşdirlərsə övladları onların vərdişlərini və dəyərlərini mənimsəyəcəklər. Zəhmət uşağın gələcəyinə qoyulan mühüm investisiyadır. Uşaqlıqdan işləməyə alışmış insan həyatda daha uğurlu və xoşbəxt olur.

Zəhmətkeş olmaq təkcə şəxsi keyfiyyət deyil, həm də cəmiyyətin inkişafının əsasıdır. Xalq nə qədər zəhmətkeşdirsə, ölkə o qədər güclü olur. Zəhmətkeş insanlar yeni texnologiyalar yaradır, elmi və mədəniyyəti inkişaf etdirir, cəmiyyətin rifahı təmin olunur. Zəhmətkeşlərin əməyi sayəsində maddi və mənəvi sərvət yaranır. Zəhmət həm də mənəvi dəyərlərin möhkəmlənməsinə kömək edir. İşləməyə öyrəşmiş insanlar daha məsuliyyətli, dürüst və nizam-intizamlı olurlar, zəhmətkeş insan əxlaqsız, mənəviyyatsız olmur. Zəhmətkeş cəmiyyət ədalətin və bərabərliyin hökm sürdüyü cəmiyyətdir. Zəhmət cəmiyyətin davamlı inkişafının açarıdır.

Alın tərini çörəyinə yavanlıq edən, həyatını əlinin qabarı ilə qazanan, zehnini xalqın, ölkənin inkişafı yolunda yoran bütün zəhmətkeşlərə salam olsun!

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri