Alınan gündən təkərləri zavod istehsalı olan 17 illik maşın ustanı təəccübləndirdi VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaxın günlərdə avtomobil ustası maraqlı bir hadisə ilə qarşılaşıb.
Avtosfer.az xəbər verir ki, bu anları lentə alan usta bildirib ki, sürücülərdən biri onların təmir mərkəzinə yaxınlaşaraq maşının təkərlərini dəyişmək istədiyini dedi. Avtomobil “Hyundai Tukson” markasının 2008-ci ildə istehsal olunan modelidir. Məlum olub ki, sürücü bu müddət ərzində, yəni tam 17 ildir, avtomobilin zavod istehsalı olan “Hankook” markalı təkərlərini dəyişməyib.”
Ustanın sözlərinə görə, o, 15 illik təcrübəsi ərzində belə bir hal ilə ilk dəfə qarşılaşıb:
“Mən uzun illərdir təkər təmiri ilə məşğulam, amma bu qədər uzun müddət eyni təkərlə hərəkət edən avtomobil görməmişdim. Bu, demək olar ki, rekord göstəricidir.”
Qeyd edək ki, təkərlərin uzun müddət dəyişdirilməməsi təhlükəsizlik baxımından ciddi risk yaradır. Avtomobil ustaları sürücülərə hər 5-6 ildən bir təkərləri yeniləməyi tövsiyə edirlər.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 27 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















