Icma.az
close
up
RU
Son 5 ildə ən çox alınan maşın markaları Çin yoxsa Koreya? Video

Son 5 ildə ən çox alınan maşın markaları Çin yoxsa Koreya? Video

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2024-cü il ərzində ölkədə minik avtomobillərinin sayı 5,5% və ya 83 308 ədəd artaraq ilin sonunda 1 585 265 olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.

Bildirilib ki, son məlumata əsasən, minik avtomobilləri arasında ilk sıranı 408 426 ədədlə keçmiş SSRİ, indi isə Rusiya istehsalı olan “Lada” ( VAZ ) markalı minik avtomobilləri tutur. Bu minik avtomobilləri ölkədəki ümumi minik avtomobillərinin 25,8%-ni təşkil edir.

İkinci sırada isə 220 242 minik avtomobili ilə məşhur Almaniya brendi olan “Mercedes” markalı minik avtomobilləri yer alır. Onların sayı ölkədəki bütün minik avtomobillərinin 13,9%-ni təşkil edir.

İlk üçlüyə isə Cənubi Koreya istehsalı olan “Hyundai” markalı minik avtomobilləri daxildir. Rəsmi rəqəmlərə görə, bu avtomobillərin sayı 142 814 ədəd təşkil edir və ümumi minik avtomobili sayının 9%-nə bərabərdir.

Aparılan təhlil zamanı məlum olub ki, son 5 il ərzində ölkəyə gətirilən minik avtomobilləri arasında “Hyundai” markası ilk sırada yer alıb. Daha dəqiq desək, 2020-2024-cü illərdə ölkəyə 68 621 “Hyundai” markalı minik avtomobili gətirilib.

İkinci ən çox gətirilən minik avtomobili digər Cənubi Koreya brendi olan “KİA” markalı avtomobillər olub. Hesabat dövründə Azərbaycana 59 852 “KİA” markalı minik avtomobili gətirilib.

Dünyada ən çox satılan minik avtomobili adını alan “Toyota” üçüncü sırada yer alır. Belə ki, son 5 il ərzində ölkəmizə bu markaya məxsus minik avtomobillərindən 58 329 ədəd gətirilib.

Növbəti sıralarda dünyaca məşhur markalardan ardıcıl olaraq “Chevrolet” (34 451) “Opel” (23 060), “BMW” (17 057), “Mercedes” (16 749 ədəd), “Nissan” (14 627) yer alıb.

2020-2024-cü illərdə ölkəmizə gətirilən minik avtomobilləri arasında son vaxtlar məşhurlaşan Çin avtomobillərindən olan “Changan” markalı avtomobilin sayı 8 950 ədəd, “BYD” markalı nəqliyyat vasitəsinin sayı isə 4 083 ədəd olub

Ölkədə sayına görə birinci olan “Lada” markalı minik avtomobilləri isə son 5 ildə cəmi 7 824 ədəd artıb.

Son 5 il ərzində premium sinfə daxil olan minik avtomobillərindən “Rolls Royce” markalı minik avtomobilindən 74 ədəd, “Maserati” markalı avtomobillərdən 204 ədəd, “Bentley” markalı nəqliyyat vasitəsindən 371 ədəd, “Jaguar” markalı minik avtomobilindən 159 ədəd ölkəmizə gətirilib.

Azərbaycana gətirilən avtomobillərin ölkələr üzrə sayına baxsaq görərik ki, 2024-cü ilin sonunda ölkədə olan minik avtomobillərinin 488 646 ədədi və ya 30,8 %-i Rusiya , 371 708 ədədi və ya 23,4 %-i Almaniya, 252 023 ədədi və ya 15,9 %-i Cənubi Koreya, 222 566 ədədi və ya 14 %-i isə Yaponiya istehsalıdır. Qeyd edək ki, bu 4 ölkə istehsalı olan minik avtomobilləri ölkədəki bütün minik avtomobillərinin 84,2%-ni təşkil edir.

Qalan minik avtomobilləri arasında ABŞ istehsalı olan 87 053 minik avtomobili (5,5%) və Çin istehsalı olan 27 356 minik avtomobili (1,7%) siyahının ilk iki pilləsində yer alır.

Yerli istehsal minik avtomobillərinin sayı isə 13 512 ədəddir. Bu isə ölkədəki bütün avtomobillərin cəmi 0,9%-ni təşkil edir.

Son 5 il ərzində ölkədə ən çox Cənubi Koreya istehsalı olan minik avtomobillərinin sayı artıb. Bu müddət ərzində adıçəkilən ölkədən ölkəmizə 129 176 ədəd minik avtomobili gətirilib. Bu avtomobillərin böyük hissəsini məlum olduğu kimi “ Hyundai” və “KİA” markalı minik avtomobilləri təşkil edib.

İkinci sırada isə 84 907 minik avtomobili ilə Yaponiya yer alıb. Yapon markalarından isə “Toyota”, “Nissan”, “Mitsubishi” , “Lexus”, “Honda”, “Mazda” kimi markaları da görmək mümkündür.

Son 5 ildə ölkəyə ən çox gətirilən minik avtomobilləri siyahısında alman markaları 62 481 avtomobil ilə üçüncü sırada yer alıb. Bilməyənlər üçün qeyd edək ki, “Mercedes”, “BMW” “Wolkswagen”, “Audi” və “Porsche” alman markasıdır.

Əlavə məlumat üçün bildirək ki, son 5 ildə ölkəyə gətirilən Çin avtomobillərinin sayında 24 919 ədəd artım qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri