Icma.az
close
up
RU
Alışan başlar, qanlı kreslolar: Dünyada uğursuz nəticələnən edamlar

Alışan başlar, qanlı kreslolar: Dünyada uğursuz nəticələnən edamlar

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

ABŞ-da ötən gün Krista Paykın uğursuz ölümcül inyeksiya proseduru ilə gündəmə gələn edam cəzalarında bu günədək müxtəlif səbəblərdən uğursuz və gözlənilməz hallar qeydə alınıb.

Qaynarinfo dünyanın qanlı edam tarixindən bəzi nümunələri təqdim edir.

Dünən bütün dünyanın diqqət mərkəzində olan Krista Paykın uğursuz edamı bu cür hadisələrin daha əvvəl də baş verib-vermədiyi sualını gündəmə gətirib.

“The New York Post”un hazırladığı icmala görə, Payk ölümcül inyeksiyadan sağ çıxan ilk edam məhbusu olub. Lakin onun hadisəsi elektrikli kresloda bədəni alovlanan məhbuslardan tutmuş, çoxsaylı iynə cəhdlərinə məruz qalan məhbuslara qədər uzanan uzun və dəhşətli uğursuz edamlar tarixinin yalnız son nümunəsidir.

Ən uğursuz cəhdlər dar ağacında baş verib

Ölüm Cəzası İnformasiya Mərkəzinin məlumatına görə, 1890-2010-cu illər arasında ABŞ-da həyata keçirilən bütün edamların təxminən 3 faizi uğursuzluqla nəticələnib.

Bu halların böyük hissəsini 85 uğursuz asılma hadisəsi təşkil edib. Uğursuz asılma cəhdləri arasında 1901-ci ildə qanundan qaçan Tom “Black Jack” Keçemin edamı da var. Keçemin edam zamanı yıxılarkən başı bədənindən ayrılıb. Buna səbəb kimi edamı həyata keçirən şəxslərin məhbusun həbsxanada nə qədər kökəldiyini nəzərə almaması göstərilir.

Alışan başlar

Elektrikli kresloda həyata keçirilən uğursuz edamlar ikinci yerdə qərarlaşıb. Belə hadisələr zamanı bir neçə edam məhbusunun başında yanğın baş verib.

1990-cı ildə Floridada polisi öldürən Cessi Taferonun başı elektrikli kresloda alovlanıb. Buna səbəb kreslonun operatorlarının məhbusun başına taxılan örtüyün içərisinə səhvən keçirici olmayan sintetik süngər yerləşdirməsi olub. Elektrik cərəyanını bədənə ötürmək mümkün olmadığından qısaqapanma baş verib.

Yeddi il sonra Floridada başqa bir məhbusun başı da eyni şəkildə alovlanıb. “Los Angeles Times” qəzetinin 1997-ci ildə dərc etdiyi xəbərdə belə yazılıb: “Pedro Medinanın ölümü səhər saat 07:10-da elan edildi. Lakin bundan əvvəl qoruyucu əlcək geyinmiş həbsxana əməkdaşı edam məhbusunun başından çıxan alovu söndürməyə kömək etdi və ölüm kamerası o qədər tüstü ilə doldu ki, pəncərəni açmaq lazım gəldi.”

“İnsani” edam üsulunun qanlı nəticəsi

Qatilin edam edilməsi üçün müasir və insani üsul kimi nəzərdə tutulan ölümcül inyeksiya prosedurunda 2010-cu ilə qədər 75 uğursuz cəhd qeydə alınıb.

2014-cü ildə təcavüz və qətldə təqsirli bilinən Kleyton Lokettə ölümcül inyeksiya vurulmağa çalışılarkən iynənin arteriyaya düşməsi nəticəsində həkimin üzərinə böyük miqdarda qan sıçrayıb.

Alabama ştatında yalnız 2022-ci ildə üç uğursuz ölümcül inyeksiya hadisəsi baş verib. Tibbi personal məhbusların damarlarına iynə yeritməyə çalışarkən uğursuz olub. Nəticədə üç məhbus deşilmiş yaralar, göyərmələr və hadisələrdən birində kələ-kötür kəsiklərlə qalıb.

Ölüm Cəzası İnformasiya Mərkəzinin bildirdiyinə görə, başqa bir məhbus isə tibb işçilərinin dəfələrlə iynə vurmağa çalışdığı müddətdə 90 dəqiqə ərzində çarpayıya bağlanmış vəziyyətdə qalıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Oktyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri