Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Alkaras Cokoviçin unikal seriyasını bitirdi

Alkaras Cokoviçin unikal seriyasını bitirdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Mövsümün “Böyük dəbilqə” seriyasından olan ilk turniri başa çatdı. Kişilər arasında Karlos Alkaras, qadınlar arasında isə Yelena Rıbakina qalib gəldi. Amma yarımfinal oyunları ilə bağlı da maraqlı məqamlar var.

Karlos Alkarasla Aleksandr Zverev arasındakı görüş 5 saat 27 dəqiə davam etdi. İspaniyalı Alkaras ardıcıl 4 “Böyük dəbilqə” funalına çıxan ən gənc (22 yaş 258 gün) tennisçi oldu. O, 23 yaş 318 günlüyündə belə seriya yaxalayan Yannik Sinnerin rekordunu yenilədi.
Elə adı çəkilən Sinnerlə Novak Cokoviç arasındakı yarımfinal oyunu da uzun – 4 saat 11 dəqiqə çəkdi. 38 yaşlı serb ulduz 38-ci dəfə “Böyük dəbilqə” finalına çıxmaqla öz rekordunu yenilədi. Bu göstəricidə ilk “3-lüy”ə Rocer Federerlə (31) Rafael Nadal (30) da daxildi.
Beləliklə, kişilərin final görüşündə Cokoviçlə Alkaras qarşılaşdı. Coko indiyə qədər çıxdığı 37 finalın 24-də qalib gəlmiş, 13-də uduzmuşdu. “Australian Open”də 10 dəfə həlledici oyuna qalmış və hamısından qalib ayrılmışdı. Amma Alkaras Novakın bu möhtəşəm seriyasını qırdı. İspaniyalı ulduz 3 saat 4 dəqiqə davam edən görüşdən qalib ayrıldı. O, karyerasında ilk dəfə “Australian Open”i, ümumilikdə 25-ci titulu qazandı. Cokoviçin isə “Böyük dəbilqə” turnirlərini 25-ci dəfə qazanmaq arzusu çin olmadı.
Qadınlar arasındakı final görüşündə Yelena Rıbakina qələbəni bayram etdi. 26 yaşlı Qazaxıstan təmsilçisi belaruslu Arina Sobolenkodan üstün oldu. Yelana karyerasında 2-ci dəfə “Böyük dəbilqə” turnirini qazandı. O, 2022-ci ildə “Umbldon”un da qalibi olub. 27 yaşlı Sobolenko isə 4 dəfə “Australian Open”in finalında oynayıb, iki dəfə udub, iki dəfə uduzub. Arina ötən il də həlledici oyunda amerikalı Medison Kizlə bacarmamışdı.
Onu da xatırladaq ki, finalda qalib gələn tennisçilər 2 milyon 905 min, məğlublar isə 1 milyon 505 min dollar mükafat alıb.
Kişilər
yarımfinal

Alkaras (İspaniya, 1) - Zverev (Almaniya, 3) 6:4, 7:6 (7:5), 6:7 (3:7), 6:7 (4:7), 7:5
Cokoviç (Serbiya, 4) - Sinner (İtaliya, 2) 3:6, 6:3, 4:6, 6:4, 6:4
final
Alkaras (İspaniya, 1) - Cokoviç (Serbiya, 4) 2:6, 6:2, 6:3, 7:5
cütlərin yarışı, final
Harrison/Skupski (ABŞ/B.Britaniya, 6) – Kubler/Polmans (Avstraliya) 7:6 (7:4), 6:4
Qadınlar
final

Rıbakina (Qazaxıstan, 5) - Sobolenko (Belarus, 1) 6:4, 4:6, 6:4
cütlərin yarışı, final
Mertens/Şuay (Belçika/Çin, 4) – Danilina/Kruniç (Qazaxıstan/Serbiya, 7) 7:6 (7:4), 6:4
Mikst, final
Qadeki/Pirs (Avstraliya) – Mladenoviç/Ginar (Fransa) 4:6, 6:3, 10:8
Reaksiyalar
Yelena Rıbakina:

“Əvvəlki səviyyəyə qayıda biləcəyimə həmişə inanırdım. Əlbəttə, hər kəsin karyerasında eniş-yoxuşlar olur. Bəzən düşünürdüm ki, bəlkə bir də heç vaxt finalda oynamayacam və ya titul qazanmayacam. Ancaq hər şey işləməkdən asılıdı. Komandmla çox çalışırdım, mən şübhəyə düşəndə onlar məni dəstəkləyirdi. Güclü rəqiblər üzərindəki qələbələrdən sonra özünə daha çox inanmağa və kortda özünü inamlı hiss etməyə başlayırsan”.

Arina Sobolenko:

“Çox məyusam. Ona görə ki, imkanlarım bar idi, müəyyən məqama qədər yaxşı oynayırdım, ancaq sonra Yelenın aqressivliyinə qarşı dura bilmədim. Ancaq ümumilikdə byrda əla tennis göstərdim, hətta finalda da sona qədər döyüşdüm. Bacardığım qədər çalışdım, abcaq Yelena bu gün daha yaxşı idi. Komandamla danışacam, hələ ki məndən qaçırlar, bilirlər ki, belə məqamda yaxşı mənə yaxınlaşmamaqdı” (gülür).

Novak Cokoviç:

“Karlosu təbrik edirəm. Sənin etdiklərin... Bunu sözlə belə ifadə edərdim – tarixi, əfsanəvi... Odu ki, təbrik edirəm, sənə karyeranda uğurlar arzulayıram. Əminəm ki, növbəti 10 ildə də hələ çox görüşəcəyik. Tribunada olan əfsanəvi Rafael Nadala da müraciət etmək istəyirəm. Səni kortda yox, orda görmək çox qəribədi. Sadəcə, demək istəyirəm ki, səninlə kortu bölüşmək mənim üçün böyük şərəf idi. Burda çoxlu ispaniyalı əfsanə var. Bu axşam elə təəssürat yaranır ki, iki nəfər bir nəfərə qarşı oynayırdı. Ədalətsizlikdi, amma dözmək olar”.

Karlos Alkaras:

“Hər şeydən əvvəl Novak haqda danışmaq istəyirəm. Sənin indiyə qədər etdiklərin məni və bütün dünyada olan adamları ruhlandırır. Sənun oyunun, komandanla birgə hər məşqdə etdiklərin xoşuma gəlir. Sənlə paltardəyişmə otağını və kortu bölüşmək mənim üçün böyük şərəfdi. Düşünürəm ki, bu titula qazanmaq üçün necə yorulmadan çalışdığımı heç kim bilmir. Komandamla birgə hər şeyi düz tdik. Bu gün məni dəstəkləyən hər kəsə ürəkdən minnətdarlıq edirəm. Bu titul həmişə sizin olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Fevral 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri