Icma.az
close
up
RU
Alkoqolu orqanizmdən tez çıxaran və nikotin asılılığını azaldan 5 qida

Alkoqolu orqanizmdən tez çıxaran və nikotin asılılığını azaldan 5 qida

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Bu qidalar həmçinin spirtli içkilər qəbul etdikdən sonra intoksikasiyanın səviyyəsini azaltmağa kömək edəcək..."

Gecə əyləncəsindən, bayram süfrəsindən və ya ziyafətdən sonra bir çox insan xoşagəlməz sərxoşluq sonrası vəziyyətlə üzləşir.

Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.

Qeyd edilir ki, özünüzü daha yaxşı hiss etmək üçün bədəninizi mümkün qədər tez alkoqol qalıqlarından təmizləmək lazımdır. Bunun üçün aşağıdakı qidalar faydalı ola bilər:

1. Ayran və ya kefir

Ayran və kefir kimi qatıq əsaslı içkilər amin turşuları və probiyotik bakteriyalarla zəngindir. Onlar bağırsaqların sağlamlığını dəstəkləyir və maddələr mübadiləsini sürətləndirir. Bu içkilər qaraciyərin toksinləri neytrallaşdırmasına kömək edir, bədənin sürətli təmizlənməsinə şərait yaradır. Ayranı acqarına və kiçik qurtumlarla içmək daha faydalıdır.

2. Cəfəri

Cəfəri güclü sidikqovucu xüsusiyyətlərə malikdir, bu da alkoqolun parçalanma məhsullarının böyrəklər vasitəsilə tez bir zamanda xaric olunmasına kömək edir. Bundan əlavə, o, həzm sistemini normallaşdırır və bədəndəki iltihabı azaldır.

3. Turş kələm

Fermentasiya prosesi nəticəsində turş kələm bol miqdarda askorbin turşusu (C vitamini) ilə zənginləşir. Bu, həzm sisteminin işini yaxşılaşdırır və alkoqoldan sonra orqanizmdə toplanan toksinlərin atılmasını sürətləndirir. Turş kələm maddələr mübadiləsini aktivləşdirərək bədənin təmizlənmə prosesinə kömək edir.

4. Toyuq bulyonu

Toyuq bulyonu içərisinə göyərti və ədviyyatlar əlavə edildikdə qaraciyərin, öd kisəsinin və mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Bu da toksinlərin xaric olunmasını sürətləndirir və orqanizmin bərpasını dəstəkləyir.

5. Sitrus meyvələri

Portağal, mandarin, limon və qreypfrut kimi sitrus meyvələri C vitamini ilə zəngindir. Bu vitamin immun sistemini dəstəkləyir və qan dövranını yaxşılaşdırır. Eyni zamanda, sitrusların turş dadı alkoqol sonrası yaranan ürəkbulanmanı azaldır və bədənin təmizlənmə prosesini sürətləndirir.

Bundan əlavə, limonlu mineral su və digər su tərkibli içkilər bədəndə su-duz balansını bərpa etməyə kömək edəcək. Ən yaxşı yol isə alkoqolu həddindən artıq qəbul etməmək və ölçünü qorumaqdır.

"Nikotin asılılığını azaldan beş qida..."

Bu məhsullar siqareti tərgitmə prosesini daha asan və rahat edə bilər.

Alimlər siqareti buraxmağı yüngülləşdirən bir sıra qidaları müəyyən ediblər. Mütəxəssislər bildirir ki, bəzi meyvə və tərəvəzlər təkcə nikotin istəyini azaltmır, həm də uzun illər tütünün təsirinə məruz qalmış orqanizmin bərpasına kömək edir.

1. Sitrus meyvələri- portağal, qreypfrut, mandarin və limon xüsusilə faydalıdır. Onların turş dadı siqaret çəkmək istəyini azaldır və nikotinin təsiri altında sürətlə tükənən C vitamininin səviyyəsini bərpa edir. Araşdırmaçılar siqaret çəkmək istəyən zaman bir dilim mandarin və ya portağal yeməyi tövsiyə edir.

2. Tünd şokolad- nikotindən imtina zamanı iştahanın artması və əhvalın pisləşməsi tez-tez rast gəlinən hallardır. Bu vəziyyətdə tünd şokolad faydalı ola bilər. Onun tərkibində serotonin – "xoşbəxtlik hormonu"nun istehsalını stimullaşdıran feniletilaminlər var.

3. Badımcan- maraqlı təsirə malikdir. Onun tərkibində nikotin turşusu (B3 vitamini) var ki, bu da nikotin çatışmazlığını qismən kompensasiya edərək narahatlıq hissini azaldır.

4. Zəncəfil- onun kəskin dadı siqaret istəyini azaldır. Bal və limonla birlikdə qəbul edildikdə isə immun sistemini gücləndirən faydalı qarışıq əmələ gətirir.

5. Xaççiçəkli tərəvəzlər- brokkoli, gül kələmi, kolrabi kimi tərəvəzlər sulforafan adlı maddə ehtiva edir. Bu maddə antibakterial və detoksifikasiyaedici təsirə malikdir, ağciyərlərin təmizlənməsinə və uzunmüddətli siqaret çəkmənin fəsadlarının azaldılmasına kömək edir.

Əlavə olaraq badam, qoz, günəbaxan və balqabaq tumları kimi qidaları da rasiona daxil etmək olar. Onlar maqnezium və B qrupu vitaminləri ilə zəngindir, bu da sinir sisteminin nikotinsiz həyata adaptasiyasına kömək edir.

Yaşıl çay və limonlu su isə toksinlərin və nikotinin orqanizmdən daha sürətli xaric olunmasını təmin edərək bədənin təmizlənməsini sürətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri