Alkoqolun xərçəngə səbəb olması ilə bağlı YENİ ARAŞDIRMA
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-də aparılan yeni elmi araşdırma alkoqol istifadəsi ilə xərçəngdən ölüm halları arasında ciddi əlaqə olduğunu ortaya qoyub.
BAKU.WS xəbər verir ki, araşdırmanı Silvestr Kompleks Xərçəng Mərkəzinin alimləri aparıb. Tədqiqatın nəticələri "The Lancet Regional Health - Americas" jurnalında dərc olunub.
Alimlər 1990-2023-cü illər ərzində ABŞ-də alkoqolla əlaqəli onkoloji xəstəliklərdən ölüm statistikasını təhlil ediblər. Məlum olub ki, 33 il ərzində bu səbəbdən qeydə alınan illik ölüm sayı 11 361-dən 23 126-ya yüksəlib. Bu isə ölüm hallarının təxminən iki dəfə artması deməkdir.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri gənc yaş qrupları ilə bağlı olub. 20-54 yaş aralığında olan kişilər arasında alkoqolla əlaqəli xərçəngdən ölümün əsas səbəbi bağırsaq xərçəngi olduğu halda, qadınlarda ilk sırada süd vəzi xərçəngi qərarlaşıb.
Mütəxəssislər bildirirlər ki, alkoqolun qaraciyər xərçəngi ilə əlaqəsi geniş şəkildə bilinsə də, onun bağırsaq, süd vəzi, qida borusu və mədəaltı vəzi xərçənglərinin yaranmasındakı rolu barədə ictimai məlumatlılıq hələ də aşağıdır.
Tədqiqatın aparıcı müəllifi, hematologiya və onkologiya üzrə mütəxəssis Çinmay Jani alkoqolun müxtəlif xərçəng növlərinə təsirinin genişliyinin araşdırmanın ən təəccübləndirici nəticələrindən biri olduğunu vurğulayıb.
Baxış sayı:87
Bu xəbər 03 Sentyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















