Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Alla Həsənova: Bu, hər bir idmançı üçün böyük şərəf və qürurdur

Alla Həsənova: Bu, hər bir idmançı üçün böyük şərəf və qürurdur

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanda idmanın inkişafı üçün görülən işlər göz önündədir. Beynəlxalq turnirlərdə yer tutan idmançılarımıza, Olimpiya mükafatçılarımıza həmişə xüsusi diqqət ayrılır. Hər birimiz ölkə rəhbərliyi tərəfindən göstərilən dəstəyi çox yaxşı hiss edirik. Sevindiricidir ki, ölkəmizdə əldə edilən uğurların heç biri qarşılıqsız qalmır”.

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran voleybolçusu Alla Həsənova ölkədə idmanın inkişafı barədə danışarkən deyib.

Voleybola 7 yaşı olarkən başladığını söyləyən qadınlardan ibarət milli komandanın keçmiş üzvü ömrünün böyük hissəsini idmana həsr etdiyi üçün xoşbəxt olduğunu söyləyib: “1985-ci ildə 15 yaşım olanda Faiq Qarayev yığmamızın baş məşqçisi təyin edildi və mən həmin vaxt SSRİ çempionatının I Liqasında çıxış edən əsas komandaya qoşuldum. Ardıcıl iki il liqada birinci yeri tutduq. Sonra dərhal əsas liqaya keçdik. SSRİ çempionatının bürünc mükafatçısı, kubokun son qalibi olduq. 2005-ci ildə Avropa çempionatını dördüncü pillədə tamamladıq. Həmin ildə məşqçilik karyerama başladım. Artıq iyirmi ildir məşqçi kimi fəaliyyət göstərirəm”.

Mütəxəssis voleybolda özünü sınamaq istəyən gənclərə məsləhət verib: “İlk növbədə gündəlik rejimləri olmalıdır. Vaxtında yatmaq, vaxtında isə oyanmaq lazımdır. Telefonla çox vaxt keçirməməlidirlər. Ümumiyyətlə, telefonu əsrin bəlası hesab edirəm. Gənclər istirahət, yuxu və qida rejiminə riayət etməlidirlər. Ən önəmli məqamlardan biri də mütaliə etməkdir. Kobud səslənsə də, idmanda fiziki güclə yanaşı, ağıl və məntiq də lazımdır. Komanda idman növlərində tez düşünməyi bacarmalısan. Topla nə edəcəyinlə bağlı qərarları tez bir zamanda qəbul etməlisən. Bu idmandır, burada hər şey mümkündür. Kiçik bir səhv zədəyə səbəb ola, bununla da karyera bitə bilər. Ona görə də biliyə həmişə ehtiyac var”.

Həsənova Milli Olimpiya Komitəsinin ötən ay keçirilmiş iclasında qurumun İcraiyyə Komitəsinə üzvü seçilməsinə də münasibət bildirib: “Etimada görə ilk növbədə, dövlətimizin başçısına, daha sonra isə Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. Bu, əlbəttə ki, hər bir idmançı üçün böyük şərəf və qürurdur. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Məsuliyyətimi ən yaxşı şəkildə nümayiş etdirəcək, idmanımızın rifahı naminə səylər göstərəcəyəm. İdmançılarımıza yüksək nailiyyətlər, xüsusilə də Olimpiadaya lisenziya qazanmalarını arzulayıram. Ümid edirəm ki, idmançılarımız ölkəmizi “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında layiqincə təmsil edəcəklər. Onlara sağlamlıq, zədəsiz həyat arzulayıram. İdmanımızın beynəlxalq arenada çiçəklənməsini, himnimizin tez-tez səslənməsini, bayrağımızın daima ən yüksəkdə dalğalanmasını diləyirəm”.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Mart 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri