Icma.az
close
up
RU
Allahın, yoxsa texnikanın ümidinə: Yollara sürücüsüz avtomobillər çıxır

Allahın, yoxsa texnikanın ümidinə: Yollara sürücüsüz avtomobillər çıxır

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda sürücüsüz avtomobillərin və gəmilərin istifadəsi üçün hüquqi baza yaradılır, avtonom nəqliyyat vasitələrinin hərəkəti, operator sistemi və təhlükəsizlik qaydaları müəyyənləşdirilir. 

Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi və bir sıra qanunlarında təklif edilən dəyişikliklərdə əksini tapıb. 

Belə ki, layihəyə əsasən, avtonom nəqliyyat vasitələri və avtonom gəmilər anlayışları qanunvericiliyə daxil edilir, onların yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilir.

Sürücüsüz nəqliyyat vasitələrinin hərəkətinə yalnız aidiyyəti qurumların müəyyən etdiyi ərazilərdə və marşrutlarda icazə veriləcək. Layihəyə görə, avtonom nəqliyyat vasitələri və gəmilər sertifikatlı operatorların nəzarəti altında fəaliyyət göstərəcək. 

Operatorlar məsafədən idarəetmə mərkəzləri vasitəsilə sistemlərə nəzarət edəcək, fövqəladə hallarda müdaxilə edə, hərəkəti dayandıra və baş verən hadisələr barədə dərhal məlumat verməli olacaqlar. 

Dəyişikliklərə əsasən, avtonom nəqliyyat vasitələrinin sistemləri dövlətin nəzarət platformaları ilə inteqrasiya ediləcək, onların fəaliyyəti ilə bağlı məlumatlar real vaxt rejimində ötürüləcək və istifadə məlumatları ən azı 6 ay saxlanılacaq. 

Həmçinin sürücüsüz avtomobillər üçün xüsusi tanınma nişanı tətbiq ediləcək. Qanun layihəsində avtonom nəqliyyat vasitələrinin vurduğu zərərlərə görə məsuliyyət mexanizmi də müəyyənləşdirilir. 

Belə ki, ilkin məsuliyyət nəqliyyat vasitəsinin sahibi və ya istismarçısının üzərinə düşəcək, lakin istehsalçı, texniki xidmət göstərən tərəf və ya operatorun təqsiri sübuta yetirilərsə, onlara qarşı reqres tələbi irəli sürülə biləcək. 

Layihə həm avtomobil, həm dəniz, həm də digər nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün hüquqi çərçivənin formalaşdırılmasını nəzərdə tutur. 

Azərbaycanda sürücüsüz nəqliyyat vasitələrinin tətbiqi nəqliyyat sisteminə hansı real üstünlüklər və risklər gətirə bilər? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hüquqi bazanın yaradılması ölkənin gələcəkdə bu texnologiyanın tətbiqinə hazırlaşdığını göstərən vacib bir addımdır: 

“Sürücüsüz, pilotsuz və ya avtonom nəqliyyat texnologiyaları gələcəkdə nəqliyyat sisteminin daha təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərməsinə imkan yarada bilər. Belə texnologiyalar insan amilindən qaynaqlanan müəyyən səhvlərin və risklərin sayını azaltmaqla yol hərəkəti təhlükəsizliyinə öz töhfəsini verə bilər.

Həmçinin nəqliyyat axınının daha dəqiq idarə olunması, logistika əməliyyatlarının optimallaşdırılması baxımından da potensiala malikdir. Hüquqi bazanın yaradılması isə ölkənin gələcəkdə bu texnologiyanın tətbiqinə hazırlaşdığını göstərən vacib bir addımdır. 

Yəni hazırda bizim qanunvericiliyimiz əsasən avtonom olmayan, yəni sürücüsü olan nəqliyyat vasitələri üzərində qurulub. Qəza və ya problem olacağı halda bu məsələlərin hüquqi baxımdan necə tənzimlənəcəyi, qəza zamanı cavabdehliyi kimin daşıyacağı, sığorta məsələlərinin bir sistemdə formalaşdırılması üçün hüquqi baza yaradılır”. 

Ekspert qeyd edib ki, belə nəqliyyat vasitələrinin riskləri var: “Tək Azərbaycanda yox, bütün dünyada belə hadisələr və risklər ola bilər. Bu risklərin qarşısını almaq üçün qanunvericilik bazası hazırlanır. Avtonom nəqliyyat vasitələri böyük imkanlar yaratsa da, onların tətbiqi zamanı müəyyən risklər də ola bilər. 

Burada əsas risklərdən biri sistem və proqram təminatı ilə bağlıdır. Çünki mürəkkəb yol şəraiti zamanı, gözlənilməz vəziyyətlərdə texnologiyanın düzgün qərar qəbul etməsi çətinləşə bilər. Həmçinin kibertəhlükəsizlik məsələsi var, bu sahəyə də müəyyən aydınlıq gətirilməlidir. 

Proqram təminatı yüksək səviyyədə həyata keçirilməlidir. Pilotsuz sistemlərin xarici müdaxilələrdən qorunması üçün də əhəmiyyətli işlər görülməlidir. Bu səbəbdən düşünürəm ki, texnologiyanın tətbiqi mərhələli şəkildə, ciddi nəzarət mexanizmləri altında həyata keçiriləcək. 

Birdən-birə bu vasitələr yolun müəyyən sahələrinə buraxılmayacaq. Test olaraq hələ ki, daşınma xidmətlərində istifadə olunacaq, daha sonra isə yəqin ki, bizim alışdığımız gündəlik avtomobil yollarında da görə biləcəyik”. 

Gülər Həsənli
"Cebheinfo.az"

Açar sözlər: sürücüsüz avtomobillər Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri