Allahşükür Paşazadə: Dünyadakı müharibələrin tezliklə sülh yolu ilə həll olunmasının tərəfdarıyıq
Icma.az, Apa.az saytına istinadən bildirir.
İstərdik ki, bütün dünyada münaqişələr olmasın, Allah bizə bir daha müharibə göstərməsin.
APA xəbər verir ki, bunu QMİ sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
O dünyada gedən müharibələrin tezliklə sülh yolu ilə həll olunmasının tərəfdarı olduqlarını bildirib: "Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə COP29 kimi mötəbər bir konfransın Azərbaycanda keçirilməsi, 100-ə yaxın dövlətlərin rəhbərlərinib burada olması və iştirak etməsi dünya ictimaiyyətinin, dini liderlərin və dünyada dini rəhbərlərin burada iştirak etməsi bir daha Azərbaycanın önəmini, Azərbaycanın apardığı düzgün siyasətin düzgüb siyasət olduğunu göstərir. Arzu edirəm ki, bu konfransda yaxşı qərarlar alınacaq. Bu qərarlar dünyada baş verən bütün hadisələrə öz müsbət təsirini göstərəcək. Ancaq təbiət məsələləri deyil. Çünki biz çox gözəl bilirik ki, bizim işğalda olan torpaqlarımız vəhşiliklə məhv edilib, torpaqlar yandırılıb. Ağaclarımız kəsildi. Sularımız zəhərlənib".
Baxış sayı:37
Bu xəbər 12 Noyabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















