Allahşükür Paşazadə: İrəvan qazılığını bərpa etdik, o torpaqlarda məscidlərimizi də bərpa edəcəyik
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
"Erməni kilsəsi ilə olan əlaqələrimiz qələbəmizdən öncə fərqli idi".
APA xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
“2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdı. Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi qalib xalqın şeyxülüslamıyam və bununla qürur duyuram. Bu yaxınlarda biz İrəvan qazılığını bərpa etdik. İnşallah o torpaqlara da gedəcəyik, məbədlərimizi, ziyarətgahlarımızı, məscidlərimizi bərpa edəcəyik, din xadimlərimiz orada fəaliyyət göstərək", - o əlavə edib.

İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik Allahşükür Paşazadə
05 İyul 2025 12:26
Allahşükür Paşazadə haralardadır...
17 Aprel 2025 11:28
Allahşükür Paşazadə: İrəvan Qazılığının bərpasına Ermənistanın münasibəti bizi maraqlandırmır
06 İyun 2025 09:47
Allahşükür Paşazadə Səudiyyədə səfərdədir
09 Yanvar 2025 20:06

