Allahverdi Yolçuyev: Əliqismət Lalayev dedi ki, Xalq artisti olsaydın, səni işə götürərdim
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Akademik Musiqili Teatrın keçmiş rəhbəri Əliqismət Lalayev mənə dedi ki, Xalq artisti olsaydınız, işə götürərdim".
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış aktyor Allahverdi Yolçuyev "Teleqraf"a müsahibəsində qeyd edib.
Aktyor bildirib ki, institut illərində bir çox tamaşalarda çıxış edib və Dövlət Televiziyasında da çalışmışıb:
"Xoşbəxtəm ki, bütün baş rolları ifa etmişəm. İki dəfə Sankt-Peterburqda keçirilən bədii qiraət müsabiqəsində iştirak etmişəm, birində diplom, birində isə fəxri fərman almışam. Onu da əlavə edim ki, cənab nazir nə qərar versə, onu böyük məmnuniyyətlə qəbul edəcəyəm. Aktyor üçün sosial həyat vacib şərtdir, əgər sosial həyat olmasa, insan tez qocalar.
Müəllim olsun, öz peşəsi üçün çalışır, mən də elə edirəm. Əvvəllər seriallarda çəkilmişəm və dublyaj işləri ilə məşğul olmuşam. Son illər isə fəaliyyətim dayanıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















