İranda üç günlük milli matəm elan edildi 500 dən çox insan öldü
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran hakimiyyəti iğtişaşlarda həlak olanlar üçün üç günlük milli matəm elan edib.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” İran dövlət mediasına istinadən məlumat yayıb.
İran prezidenti Məsud Pezeşkyanın matəmlə bağlı tədbirlərdə iştirak etmək niyyətində olduğu bildirilir.
Siyasətçi həmçinin vətəndaşları 12 yanvarda həmrəylik yürüşündə iştirak etməyə çağırıb.
Ölkə ərazisində baş verən iğtişaşların 500-dən çox insanın ölümünə səbəb olduğu bildirilir.
İranın daxilində və xaricində fəallardan əldə olunan son rəqəmlərə görə, iki həftəlik iğtişaşlarda 490 etirazçı və 48 hüquq mühafizə orqanı əməkdaşı həlak olub, 10.600-dən çox insan isə həbs olunub.
Baxış sayı:119
Bu xəbər 12 Yanvar 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















