Alman alimləri geniş yayılan virusun bloklanması üçün yeni metod hazırlayıb
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alman alimlər herpes virusu ilə yoluxmanın əsas mexanizmini bloklamağın yolunu tapıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.
Araşdırma zamanı müəyyən edilib ki, alpakanın immun sisteminə əsasən yaradılmış nanocisimlər virusun hüceyrəyə birləşərək çoxalmağa başlamasına cavabdeh olan “gB” adlı zülalı neytrallaşdıra bilir.
Mütəxəssislər həmin zülalı aktiv formasında sabitləşdirə bilib və sübut ediblər ki, nanocisimlər onun strukturunu dəyişməsinə mane olur. Bu da virusun hüceyrəyə daxil olub yoluxma prosesini tamamilə dayandırır. Bu yanaşma hətta çox kiçik dozalarda belə effektiv olub və herpes virusunun hər iki növünə – HSV-1 və HSV-2-yə qarşı təsir göstərib.
Mövcud dərmanlardan fərqli olaraq, yalnız aktiv infeksiya zamanı təsir göstərən bu yeni anticisimlər profilaktik məqsədlə də istifadə oluna bilər. Bu xüsusilə yenidoğulmuşlar və immun sistemi zəif olan şəxslər üçün faydalı ola bilər.
Tədqiqatçılar artıq bu texnologiyanın patenti üçün müraciət ediblər və onun klinik istifadə üçün inkişaf etdirilməsini planlaşdırırlar.
Baxış sayı:51
Bu xəbər 08 Sentyabr 2025 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















