Alman fasizmi üzərində Qələbənin 80 ci ildönümü Vyanada qeyd edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vyana, 12 may, AZƏRTAC
Alman faşizmi üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları Vyana mərkəzi qəbiristanlığında İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin və Şvartsenberqplatsda Vyana şəhərinin faşistlərdən azad olunmasında şücaət göstərmiş döyüşçülərin şərəfinə ucaldılmış abidə-kompleksin önünə əklil qoyub və onların xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsində 600 mindən artıq Azərbaycan övladı alman fasizminə qarşı ön cəbhədə rəşadətlə vuruşub, onlardan yarısı müharibədən geri qayıtmayıb. Azərbaycan döyüşçülərindən ibarət diviziyalardan biri (46-cı ordunun 223-cü diviziyası) Vyananın azad edilməsində xüsusilə fərqlənib və buna görə həmin diviziya “Qırmızı bayraq” ordeni ilə təltif olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















