Icma.az
close
up
RU
Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub

Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə faşizm zərində qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi şücaətdən danışıb.

Bakı Musiqi Akademiyasının tələbələri II Dünya müharibəsində faşizm üzərində qələbə uğrunda Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaəti haqqında məlumatlarla çıxış ediblər.

Konsertdə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solisti Yuliya Heydərova, Akademik Opera və Balet Teatrının solisti Ruslan Persanov, Azərbaycan Dövlət Xor Kapellasının solistləri, beynəlxalq müsabiqələr laureatları Kamilla İmanova, Elyar Əliyev, Fərhad Ələkbərov, Tofiq Zeynalov, konsertmeysterlər-Alyona İnyakina, Dilarə Kərimova, Nərmin Günəşli, Bakı Musiqi Akademiyasının məzunu Nərgiz Məmmədova, tələbələri Ayşə Məmmədova, Nigar Novruzovanın və Cavid Babayevin ifalarında Azərbaycan və sovet bəstəkarlarının hərbi-vətənpərvərlik mövzusunda yazılmış əsərlərindən ibarət musiqi proqramı, rəqs nömrələri təqdim olunub.

Konsert zamanı bütün ifalar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış “Azərbaycan musiqiçiləri 1941-1945-ci illər İkinci Dünya müharibəsində” adlı slayd-şou ilə müşayiət olunub.

Konsertin bədii rəhbəri Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri