Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Faşizm üzərində Qələbənin 81 ci ildönümü Polşada qeyd olunub

Faşizm üzərində Qələbənin 81 ci ildönümü Polşada qeyd olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vyana, 7 may, AZƏRTAC

Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərinin müsəlman-tatar qəbiristanlığında, azərbaycanlı zabit Vəli bəy Yadigarın məzarı qarşısında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə səfir Nərgiz Qurbanova, səfirliyin əməkdaşları, Polşada akkreditə edilmiş Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin səfirləri və dini icmanın təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində Vəli bəy Yadigarın məzarı üzərinə əklil qoyulub, onun və müharibədə həlak olmuş bütün soydaşlarımızın ruhuna dualar oxunub.

Mərasimdə çıxış edən səfir Nərgiz Qurbanova qeyd edib ki, Azərbaycan müharibə illərində həm ön, həm də arxa cəbhədə mühüm rol oynayıb. 681 mindən artıq azərbaycanlı müharibədə iştirak edib, onların yarıdan çoxu həlak olub və ya itkin düşüb. Respublikanın hər beşinci sakininin cəbhəyə yollandığı diqqətə çatdırılıb və vurğulanıb ki, Azərbaycan ərazisində formalaşdırılmış milli diviziyalar Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib. Azərbaycan əsgərləri göstərdikləri igidliyə görə yüksək dövlət mükafatları, yüzdən çox azərbaycanlı isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Nərgiz Qurbanova, həmçinin Azərbaycanın müharibə dövründə enerji təminatında oynadığı mühüm rolu xüsusi qeyd edərək, akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə həyata keçirilən elmi nailiyyətləri vurğulayıb, Azərbaycan xalqının arxa cəbhədə göstərdiyi fədakarlıqdan bəhs edib.

Tədbirdə səfir Polşa ilə tarixi əlaqələrə də toxunub və görkəmli azərbaycanlı zabit Vəli bəy Yadigarın fəaliyyətini xüsusi qeyd edib. Onun həm Azərbaycan Xalq Cümhuriyyəti ordusunda, həm də Polşa Silahlı Qüvvələrində xidmət etdiyi, İkinci Dünya müharibəsi illərində Polşa müqavimət hərəkatında iştirak etdiyi və 1944-cü il Varşava üsyanının təşkilində mühüm rol oynadığı vurğulanıb.

Çıxışının sonunda səfir diqqətə çatdırıb ki, bu kimi tədbirlər tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın qələbəyə verdiyi töhfə və Vəli bəy Yadigar kimi şəxsiyyətlərin fəaliyyəti azadlıq və sülh uğrunda mübarizənin ümumbəşəri dəyərlərə əsaslandığını bir daha təsdiqləyir.

Daha sonra tədbirdə Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsi nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Şəhla Kazımova çıxış edərək, Azərbaycanın nasizm üzərində qələbəyə verdiyi mühüm töhfəni vurğulayıb, həm cəbhədə döyüşənlərin, həm də bütövlükdə cəmiyyətin fədakarlığını qeyd edib. O, xüsusilə Azərbaycanəsilli zabitlərin Polşa tarixindəki roluna diqqət çəkərək, Vəli bəy Yadigar və Cahangir Kazım bəy kimi şəxsiyyətləri xatırladıb, eyni zamanda, müharibə illərində fəal iştirak edən qadınların xidmətlərini xüsusi qeyd edib.

Tədbirin sonunda iştirakçılarına çay süfrəsi açılıb və xalğımızın adət-ənənəsinə uyğun olaraq təamlar təqdim olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri