Alman futbolçu Mançester Yunayted ə hə deyəcək? SON DURUM
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Yay transfer pəncərəsində heyətini gücləndirmək üçün indidən hərəkətə keçən "Mançester Yunayted"in "radar"ına düşən ilk futbolçunun kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Ştutqart"ın yarımmüdafiəçisi Anqelo Ştilleri hədəf seçib.
"TEAMtalk"-ın məlumatına görə, alman klubu 25 yaşlı yarımmüdafiəçini təxminən 57,5 milyon avro dəyərində satmağı planlaşdırsa da, müqavilənin daha aşağı məbləğə bağlanması mümkündür.
Bildirilir ki, Ştiller sabit oyun təcrübəsini qorumaq və DÇ-2026 ərəfəsində Almaniya millisinə düşmək üçün 2025-ci ildə mümkün transfer təkliflərindən qəsdən imtina edib. Bu məqsədə çatdıqdan sonra o, klubunu dəyişə bilər.
Yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 44 oyunda meydana çıxıb, 1 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun "Ştutqart"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 10 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















