Ramiz Mehdiyev xəyanətinin və nankorluğunun cəzasını aldı.
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Son günlər cəmiyyətdə geniş əks-səda doğuran və Ramiz Mehdiyevin qanun qarşısında cavab verməsi ilə nəticələnən hüquqi proses bir daha sübut etdi ki, bu ölkədə heç kim toxunulmaz deyil və dövlətin təməllərinə qəsd edən hər bir kəs, keçmiş xidmətlərindən və daşıdığı statusdan asılı olmayaraq, öz layiqli cəzasını alacaqdır.
Bu hadisəyə siyasi və hüquqi müstəvidə yanaşdıqda, qarşılaşdığımız mənzərə sadəcə bir məmurun həbsi deyil, dövlət maraqlarının qorunması naminə atılan barışmaz və qətiyyətli bir addımdır.
Dövlətçilik fəlsəfəsinin ən fundamental prinsipi sadiqlikdir. İllərlə yüksək dövlət vəzifələrində əyləşib, dövlətin verdiyi imkanlardan və etibardan sui-istifadə edərək pərdəarxası oyunlar qurmaq, milli maraqlara zərbə vuracaq fəaliyyətlərlə məşğul olmaq ən ağır cinayətdir. Azərbaycan dövləti hər bir səhvi və ya nöqsanı zamanla bağışlaya bilər, lakin dövlətin varlığına, suverenliyinə və daxili sabitliyinə yönəlmiş xəyanəti heç vaxt bağışlamır və bağışlamayacaq. Ramiz Mehdiyevin timsalında qanunun kəsərini görmək, bütün "toxunulmazlıq" xülyalarına birdəfəlik son qoydu.
Hüquqi dövlətin ən mühüm göstəricisi qanunun hər kəs üçün bərabər tətbiq olunmasıdır. Uzun illər sistem daxilində müəyyən güc mərkəzi yaratmağa çalışan, özünü qanunlardan və hesabatlılıqdan uzaq hesab edən fiqurların ifşası Azərbaycanın hüquq sistemi üçün mühüm bir sınaq və zəfərdir. Heç bir keçmiş xidmət, status və ya yaş dövlətə xəyanət ittihamı qarşısında sipər ola bilməz. Ədalət gec-tez yerini tapır və hər kəs əməllərinin hüquqi bədəlini ödəməlidir.
İlham Məmmədov,
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Ramiz Mehdiyev cəzasını məşhur villasında çəkmirmiş Fotolar
16 Oktyabr 2025 15:48
Ah Ramiz Mehdiyev, vah Ramiz Mehdiyev… ƏVƏZ ZEYNALLI YAZIR
15 Oktyabr 2025 07:32
Məhkəmədən Ramiz Mehdiyev barədə QƏRAR
14 Oktyabr 2025 22:58
Ramiz Mehdiyev həbs edildi Təcili
14 Oktyabr 2025 21:57
Baxış sayı:46
Bu xəbər 29 Oktyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















