Alman siyasətçilər Putinin tədbirində Aralarında Avropa Parlamentinin deputatı da var
Icma.az, Bakupost saytına istinadən bildirir.
Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının deputatları “BRICS – Avropa” forumunda iştirak etmək üçün Soçiyə gəliblər. Tədbir hakim “Vahid Rusiya” partiyası tərəfindən keçirilir.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, heyətdə Bundestaqın (Almaniya Parlamenti) İqtisadiyyat və Energetika Komitəsinin üzvü Şteffen Kotre, AfD-nin Saksoniya bölgəsinin rəhbəri Yorg Urban və Avropa Parlamentinin deputatı Hans Noyhoff var.
Rusiya mediası Kotrenin səfərini sensasiya kimi təqdim edib.
Deputatların Soçiyə səfər planları ilə bağlı AfD daxilində mübahisə yaranıb. “Deutsche Welle”in məlumatına görə, partiyanın sədri Alisa Veydel bu cür səfərlərin heç bir mənası olmadığını bildirib. Partiyanın baş katibi Martin Huber isə deputatların Rusiyaya səfər planlarını “dövlətə xəyanət” adlandırıb.
Cavid, BakuPsot
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 15 Noyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















