Alman təqaüdçü 24 nəfəri fosfinlə zəhərləyib
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
fərdi yaşayış evinin zirzəmisində yanğın baş verib və nəticədə havaya təhlükəli maddə yayılıb
Stadtfeld-West rayonunda 79 yaşlı təqaüdçü təsadüfən 24 nəfəri zəhərli qaz olan fosfinlə zəhərləyib. AYNA.AZ xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, fərdi yaşayış evinin zirzəmisində yanğın baş verib və nəticədə havaya təhlükəli maddə yayılıb. Müayinə zamanı məlum olub ki, qaz fosfin olub və o zərərvericilərə qarşı mübarizədə istifadə olunan rəngsiz və çox zəhərli qazdır. Qaz təkcə evin içinə deyil, ətraf ərazilərə də yayılıb.
Nəticədə yanğınsöndürənlər, polis əməkdaşları və bina sakinləri də daxil olmaqla 24 nəfər zəhərlənib. Onlardan bəziləri təcili xəstəxanaya yerləşdirilib.
Daha sonra mütəxəssislər zirzəmidə xeyli miqdarda pestisid aşkar ediblər. Kimyəvi maddələr utilizasiyaya göndərilib. Yanğının baş vermə səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 Oktyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















